Amerika fürsətlər ölkəsi olsa da Yaponiya mümkünsüzün reallaşdığı texnologiyalar vətənidir. Bu ölkə nə qədər inkişaf etsə də qəribəlikləri də azlıq təşkil etmir. Yaponların nə qədər sakit təbiətli millət olduqları hamıya məlumdur. Amma hamı kimi onlar da özlərinə məxsus emosionallıqları ilə seçilirlər. Hər kəs kimi onlar da sevirlər və evlənirlər. Təbii ki, sevgililərindən ayrılanda emosional bağlılığın verdiyi reaksiyadan əziyyət çəkirlər. Bunu nəzərə alan Yapon şirkətlərindən biri maraqlı addım atıb və filmlərə ssenari olacaq təklif edib. Şirkət sevgilisindən ayrılmış insanlara onları geri qaytarmaq xidməti təklif edir. Bunun üçün isə qarşı tərəfin cəmi 76.419 $ ehtiyacı var. Bunun müqabilində isə şirkət sevgilinizi inandıracaq ki, sizdən yoxdur, siz onun həyatının mənasısınız və s. Bəs şirkət bunu necə edir? Bunun üçün şirkət sevgilinizi yaxşı-yaxşı araşdırır və onun yanına tez bir zamanda dost olacaq insan yerləşdirir.
Həmin insan isə əsas vəzifəni daşıyır. Sizin ən yaxşı olduğunuza sevgilinizi inandırmağa çalışır. Bunun üçün hətta öncədən ssenarilər yazılır. Təsəvvür edirsiniz, bir də oyanıb görürsünüz ki, həyatınız kino olub, siz isə baş qəhrəmansınız. Amma sevdiyiniz şəxsi geri qaytarmağın əks nəticə verəcəyini də anlamaqda fayda var, çünki ən azından heç kim aldadılmaq istəməz. Bundan əlavə şirkət sizə sevgilinizi qaytarsa da onun sonsuzadək sizinlə qalması qarantisini vermir. Ona görə də məsləhətdir ki, bu xidmət üçün veriləcək məbləğ daha faydalı işlərə sərf olunsun. Ən azından unutmaq lazım deyil ki, həyatda heç kim və heç nə əbədi deyil. Əsas olan doğru insana rast gəlməkdir.
Nəcibə Yusifova, Banco.az