Samsung köhnə smartfonları "Ağıllı Ev" cihazlarına çevirəcək | Banco.az

Samsung köhnə smartfonları "Ağıllı Ev" cihazlarına çevirəcək

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi Samsung firması ətraf mühitdəki elektronika tullantılarını azaltmaq məqsədilə müvafiq addım atıb. Belə ki, şirkət müştərilərinin köhnə Samsung smartfonlarının yenidən istifadəsinə imkan yaradacaq "Galaxy Upcycling at Home" layihəsini başaldıb.

Sözügedən layihə çərçivəsində Samsung istifadəçiləri köhnə smartfonlarını "Əşyaların İnterneti" adlandırılan "IoT" cihazlarına çevirə biləcəklər.

Hazırda təkcə iki funksiyaya malik olan proqram körpə ağlamasını, itin hürməsini və ya qapı zəngini eşitdikdə xəbərdarlıq edə bilir. Bununla yanaşı, sahib olduğu işıq sensoru sayəsində qaranlıq mühitdə işığı avtomatik yandıra bilir. 

Qeyd edək ki, bütün sözügedən cihazlar "Samsung SmartThings" ekosisteminə inteqrasiya ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

"Samsung SmartThings" tətbiqini telefona yükləyib "Labs" bölməsində yerləşən "IoT" cihazını quraşdırmaqla aktiv edilən proqram hazırda təkcə Galaxy S, Note və Z seriyalı telefonlar üçün nəzərdə tutulub. Eyni zamanda sözügedən proqrama hələ ki, təkcə ABŞ, Cənubi Koreya və İngiltərədəki istifadəçilər qoşula bilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram