Müəllif - Aida İsaq, Banco.az
"Samsung" şirkəti öz istifadəçilərini sevindirməyə davam edir.
Banco.az xəbər verir ki, yayılan son məlumatlara əsasən Cənubi Koreya brendi evdə elektronika avadanlıqlarını sərbəst formada təmir etməyə kömək edəcək proqramı təqdim etməyə hazırlaşır. Sözügedən xidmət proqramının adının "Self Repair Assistant" olduğu bildirilir. Şirkət proqramı smartfonların, ağıllı saatların, planşetlərin və qulaqlıqların özünəxidmət təmiri və texniki xidməti üçün mobil telefon tətbiqi proqramı kimi təsvir edib. Tətbiqin vizual görünüşünün bir dişli və içərisində açarı olan mavi kvadrat şəklində olduğu məlum olub.
Məlumata görə, proqramda "Samsung Galaxy" seriyasından olan cihazların təmiri üçün təlimatlar olacaq.
"Self Repair Assistant"ın təqdimatının "Samsung" və "iFixit" şirkətləri arasında 2022-ci ilin əvvəlində qurulan əməkdaşlıq fonunda gerçəkləşdiyi qeyd olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!