Hazırki dövrdə dünyanı "istehlakçı cəmiyyət" adlandırmaq yanlış olmaz. Belə olan halda firmalar da öz məhsul və xidmətlərini satışa çıxarmaq, satışlarını artırmaq, bazarda əhəmiyyətli yer tutmaq üçün üstünlüyü reklama verirlər. Reklam sahib olunan bir məhsul və ya xidmətin, müəyyən bir əvəz qarşılığında müxtəlif kanallar vasitəsilə tanıdılması əməliyyatıdır.
Videoların əvvəlində yayımlanan reklamların izlənilməsi üçün nələr edilməlidir?
Rəqəmsal video reklamları tamaşaçı tərəfindən keçildiyi (skip) təqdirdə istər nəşr olunduğu internet saytlarına, istərsə də, reklam verənə heç bir fayda təmin etmir. Beləliklə, videoların əvvəlində nümayiş olunan reklamların izlənməsi üçün nə edilə bilər?
İlk saniyədə diqqəti cəlb etmək: Burada bütün nəzarət tamaşaçıdadır və ona reklamı izləməsi üçün dərhal maraqlı bir səbəb vermək lazımdır.
Markanı ilk saniyələrdə göstərmək: Rəqəmsal reklamlarda tamaşaçı reklamı keçmədən, marka ən başda göstərilməlidir.
Reklamın kliklənməsini təmin etmək: Görülən qisim maraqlı olmalı, klik edib izləmə istəyi verməlidir.
Ölçü vacibdir: Kiçik detallar kiçik ekranlarda itə bilər. Marka və məhsul aydın görünməlidir. Mövzunu sadə və aydın çatdırmaq əhəmiyyətlidir, ancaq reklam darıxdırıcı olmamalıdır.
Reklam uzunluğu nəzərə alınmalıdır: Qısa və təəccüblü reklamın sona qədər baxılma ehtimalı daha yüksəkdir.
Kontekstin vacibliyi: Telefonlardakı video reklamlara qarşı 49%-lik mənfi reaksiyanın olduğunu fikirləşərək, şirkətlər reklam çeşidinə önəm verməlidirlər. Bütün dünyada istehlakçıların 29%-i mükafatlar təqdim edən onlayn videoları keçmə ehtimallarının aşağı olduğunu və onlara daha çox maraq göstərdiklərini, eyni zamanda gördükləri məhsul üzərində onlara nəzarət haqqı verən "keçilə bilər və ya oynat" formatındakı reklamlara daha çox reaksiya verdiklərini ifadə edirlər.
Pərvanə Aslanova, Banco.az