Korporasiyalar və institutlar treninq xərclərini 20 il öncə ixtisar etməyə başladığından, liderlik treninqləri – bu təcrübəni yaşamaq istəyən menecerlər üçün bahalı və nadir hala çevrilib.
İllər öncə, ölçüsündən asılı olmayaraq, istənilən bir təşkilatın qabaqcıl bir treninq mərkəzi olurdu və biz sinif otaqlarına girib çıxan trenerlərin daima öz işini necə təkmilləşdirməyə çalışdığının şahidi olurduq. İndi isə işdə sənə lazım olan treninqi əldə etmək çətinləşib “necə lider olmalı” kimi abstrakt mövzularda nəsə öyrənmək isə bir az müşküldür.
İnkişaf etmiş təşkilatlar bilir ki, insanlar sadəcə vəzifələri yüksəldikcə liderə çevrilməz. Bu təşkilatlar liderlik qabiliyyətinin inkişafına ciddi yanaşır. Fəqət çoxsaylı işəgötürənlər bu nüansların fərqində deyil. Onlar belə güman edir ki, yeni menecerlər işçiləri necə yönəlməyi öz-özünə, heç bir təlimat və istiqamətləndirmə olmadan öyrənəcəklər.
Ətrafda bu qədər zəif menecerin olmasının başqa bir səbəbi isə, liderlik mövzusunda təlim keçən, mentorluq edib məsləhət verən insanların çoxunun özünün liderlikdən xəbərinin olmamasıdır.
Onlar düşünür ki, liderlik insanlara nə etməli olduğunu deməkdir. İstənilən axmaq, sağa-sola əmrlər verə bilər. lider zaman ayıraraq, komandada etimad formalaşdırmaq üçün enerji sərf edən insandır.
Etimad (etibar) komandanı, qorxunun götürə biləcəyi yerlərdən daha uzaq məsafələrə aparacaq.
“Budur, rəhbərinizin zəif menecer olduğunu göstərən 5 səbəb”
- İşlər yaxşı getməyəndə, zəif menecer, günahlandırmağa adam axtarır.
- İşçi təklif irəli sürəndə zəif menecer deyir: “ lazım bilsəm, sənin fikrini soruşardım”
- Onlar öz komandaları ilə etibara dayanan münasibət yaratmaqda maraqlı deyillər, bəlkə də sadəcə bunu bacarmırlar.
- Zəif menecerlər aşkarca bildirir ki, “işçilər onun kefindən ötrüdür və o, kimi istəsə və nə vaxt istəsə əvəzləyə bilər”.
- Onlar heç vaxt səhv etdiklərini qəbul edə bilmir, buna görə də heç zaman yeni nəsə öyrənmirlər.
Əgər sizin menecer “zəif həlqə”dirsə nə etməli? Sizin üçün ən yaxşı çıxış yolu, yeni iş axtarışına başlamaq və zəif menecerin idarəetməsindən qurtulmaqdır.
Bəs, əsl liderlər necə davranır? Əsl liderlərin əməl etdiyi 10 qayda
1. Onlar komanda üzvlərinə qulaq asır.
2. Onlar işçilərini öyrədir, onlara yol göstərir ki, nəinki töhmət və ya işdən qovmaq ilə hədələmək.
3. Onlar işçilərinə etibar edir və hər addımı sıx nəzarət altında saxlamır.
4. Onlar yeni ideyalarda açıq və təşəkkür bildirəndir.
5. Onlar öz komanda üzvlərini cəsarətləndirir.
6. Onlar ciddi məsələləri daha yüksək rəhbərliyin diqqətinə çatdırmaqdan çəkinmir, həssas-incə mövzulara toxunmaqdan qorxmur, hətta qorxsalar belə bunu etməyi lazım bilir.
7. Onlar komanda üzvlərinə təşəkkür edir, onları təqdir edir və əziyyətlərini qiymətləndirir.
8. İnsanları böyük işlərə ruhlandırır.
9. Liderlər mükəmməl deyil, öz sahəsində bacarıqlı olan insanlar axtarır.
10. Onlar qorxu üzərindən deyil, etibar üzərindən idarə edir.
Könül Soltanova, Banco.az