Rəhbərin rüşvət qalmaqalında adı hallanıb | Banco.az

Rəhbərin rüşvət qalmaqalında adı hallanıb

Keçən həftə Computer Sciences Corp öz keçmiş icraçı direktorlarından biri ilə bağlı iddia irəli sürüb. Korporasiya iddia edir ki, Eric Pulierin rüşvət qalmaqalında əli var və buna görə şirkət ona 25 mln dollar əlavə haqq ödəməyə məcbur olub. 

Hazırda Los Ancelsdə Avstraliya bankına qarşı irəli sürülən iddia üzrə məhkəmə prosesinə hazıqlıq gedir. Pulierin vəkilləri hadisəni belə izah edirlər. Onlar qeyd ediblər ki, əslində işçilərə heç bir rüşvət ödənilməyib, onlara verilən 2.5 mln dollar isə xeyriyyə fondu ilə bağlanmış müqavilənin əvəzi olub. İddiaçılar isə əksinə Pulieri bankın işçilərinə vecsiz yerə bonus ödəməkdə günahkar bilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu qalmaqal ictimailəşəndən sonra Pulier aprel ayında öz vəzifəsindən istefa verib. Hazırda onu tapmaq müşkülə çevrilib, KİV-ə müsahibə verməkdən imtina edir, hətta sosial şəbəkələrdəki hesablarını da silib.

Ən sərfəli krediti almaq üçün müraciət et