“Rabitəbank” yeni vakansiya elan edir | Banco.az

“Rabitəbank” yeni vakansiya elan edir

“Rabitəbank” ASC Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsinin aparıcı / baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq Ödəniş sistemləri, sponsor banklar, banklar ilə qarşılıqlı hesablaşmalar üzrə müxabirləşmələrin aparılması və bank komissiyaların tutulması;
  • Kart əməliyyatları üzrə faylların və balansın işlənməsi və hazırlanması;
  • Bankın plastik kartları ilə aparılan əməliyyatlara nəzarət edilməsi;
  • Prosessinq mərkəzi ilə elektron informasiya mübadiləsinin aparılması;
  • Prosessinq mərkəzindən daxil olan faylların bank sisteminə yazılması, müxabirləşməsi, yaranmış səhvlərin aradan qaldırılması;
  • Həftəlik, aylıq, rüblük və illik hesabataların hazırlanması;
  • Banklar, müştərilər və Azərikard tərəfindən daxil olan sorğuların cavablandırılması;
  • Kart əməliyyatları və xidmətləri üzrə müştərilərin dəstəyinin aparılması;
  • Ödəniş sistemlərinin yeniliklərinə nəzarət edilməsi və həmin yeniliklərin tətbiq edilməsi;

Namizədə olan tələblər:

  • Ali təhsil
  • Plastik kartlar sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Ünsiyyətqurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Kollektivdə işləmək qabiliyyəti
  • Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq, analitik bacarıqlar, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti; 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart əməliyyatlarına dəstək şöbəsinin aparıcı / baş mütəxəssisi” göstərməyiniz xahiş olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram