Qiyabi oxuyan tələbələrə təhsil kreditinin verilməməsinin səbəbləri açıqlanıb | Banco.az

Qiyabi oxuyan tələbələrə təhsil kreditinin verilməməsinin səbəbləri açıqlanıb

Qiyabi oxuyan tələbələrə tələbə təhsil kreditinin verilməməsinin səbəbləri açıqlanıb.

Təhsil nazirinin müavini İdris İsayev qiyabi oxuyan tələbələrin əmək bazarında işləyib pul qazana biləcəklərini vurğulayıb.

Nazir müavini bildirib ki, əyani təhsil alan tələbələrin işləmək və gəlir əldə etmək imkanları yoxdur: “Ona görə də kreditlər sırf həmin tələbələr üçün nəzərdə tutulub. Həm də ölkədə qiyabi təhsil alanların sayı elə də çox deyil. Belə ki, ölkədə 266 min tələbə təhsil alırsa, bunun yalnız 13-15 mini qiyabi oxuyur. Bu da xüsusi çəkiyə malik deyil və əksəriyyəti də işləyir”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram