Qeyri neft-qaz sektorunda sənaye istehsalı 7% artıb | Banco.az

Qeyri neft-qaz sektorunda sənaye istehsalı 7% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artıb.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 64,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et