Müəllif: Tamara Mustafayeva, Banco.az
Bir çox insanlar hələ gənc olarkən evlərini, avtomobillərini alıb şəxsi bizneslərini qurmağa nail olurlar. Bəzi insanlar isə illərin təcrübəsinə baxmayaraq, hələ də pul anlayışını düzgün qiymətləndirə bilməyiblər. Hər gün daha çox qazanmağa, yaxud pula necə qənaət etməklə bağlı müxtəlif yollar axtarmağa çalışırlar. Odur ki, bugünkü məqaləmizdə pulla bağlı mütləq bilməli olduğunuz bir neçə məqamı diqqətinizə çatdırırıq.
1. İş yerində vəzifənizin artırılmasını tələb etməkdən çəkinməyin
Əgər uzun illərdir ki, eyni mövqedə çalışırsınızsa, bu o deməkdir ki, artıq vəzifənizin artırılmasını istəməyin əsl vaxtıdır. Karyera pillələrini yuxarı addımlamaq sizin ən təbii haqqınızdır, bu səbəbdən də həm vəzifənin yüksəldilməsini, həm də maaş artımını tələb etməkdən çəkinməyin.
2. Səhhətinizə və təhsilinizə sərmayə qoymağı unutmayın
Səhhəti qaydasında olmayan, özünü gümrah və sağlam hiss etməyən insanın uğura nail olması olduqca çətindir. Odur ki, özünüzə yaxşı qulluq etməyiniz, ildə ən az bir dəfə istirahətə yollanmağınız, yuxu rejiminə düzgün əməl etməyiniz və rejimlə qidalanmağınız mütləqdir. Bu minvalla xərclədiyiniz pula əsla heyflənməyin.
Eyni zamanda təhsil üçün xərclədiyiniz pul da sizə saysız-hesabsız yeni qapılar açacaqdır.
3. Borcu borcla ödəməyə çalışmayın
Hazırki borcunuzu ödəmək üçün yenidən borc axtarmağa, yaxud bankdan kredit götürməyə üstünlük verməyin. Bu, əksər insanların tez-tez yol verdikləri əsas səhvlərdən biridir. Unutmayın ki, bu hərəkətin sonu yoxdur. Borclardan xilas olmaq üçün xərclərinizi düzgün idarə etməyi öyrənin.
4. Keyfiyyətli geyim əşyalarına pul xərcləmək sizə uduzdurmaz
Pula qənaət etmək üçün ucuz geyim əşyalarına müraciət etməkdən çəkinin, çünki bu halda daha çox xərcə düşmüş olacaqsınız. Keyfiyyətli geyim və ayaqqabı daha davamlı olduğu üçün əlavə xərclərdən xilas olmağınıza səbəb olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!