"Platformamız artıq hər kəsin haqqında danışdığı bir trendə çevrilir" - Fuad Ağayev | Banco.az

"Platformamız artıq hər kəsin haqqında danışdığı bir trendə çevrilir" - Fuad Ağayev

Facemark.az-ın “GetnSmile.com” layihəsinin təsisçisi Fuad Ağayev ilə olan müsahibəsi:

- Fuad bəy, son müsahibəmizin üstündən bir ay keçib. Həmin vaxt sizinlə “GetnSmile.com” platformasının yaranması və əhəmiyyəti haqqında söhbətləşmişdik. Hazırda satışlar nə yerdədir?

Bəli, platformamız artıq hər kəsin haqqında danışıdığı bir trendə çevrilir və təbii olaraq satışlar günü-gündən artır.

- Azərbaycandan hansı şirkətlər platformada məhsullarını satıb? Konkret hansı məhsullardan söhbət gedir?

Ən yaxşı nümunələr kimi “Azərbaycan Kəlağayı” və “Buta Glass”ı göstərmək olar.

- Amerikalıların azərbaycanlıların hansı məhsullarına marağı böyük olub?

Mən özüm də bu icmanın içərisindəyəm. Müşahidələrimdən, ən önəmlisi də bizə olan təkliflərdən deyə bilərəm ki, hal-hazırda hədiyyəlik məhsullara böyük tələbat var.

- Fuad bəy, hansı məhsulların satışları sizi də təəccübləndirib? Satışlarda milli musiqi alətləri formasında hazırlanan xırda suvenirlər də var. Bu yaxınlarda isə, onlar üçün sifariş gəldi. Bu məni, həm bir qədər təəccüblədirdi həm də çox sevindirdi.

- Bir ay içində belə təcrübə olub ki, məhsul platformada yerləşdirilib, amma “GetnSmile.com”un göstəricilərinə uyğun olmadığına görə geri qaytarılıb?

Ən sərfəli kredit üçün müraciət et

Əlbəttə, “GetnSmile” komandası olaraq müştəriyə ən keyfiyyətli məhsulları və xidməti təklif etməyə çalışırıq. Bu səbəbdən çox olmasa da bir neçə dəfə belə hallar baş verib.

- Platformada məhsul yerləşdirmək istəyində olan azərbaycanlı sahibkarlara nə kimi tövsiyələriniz var?

Hər zaman satıcıların özlərinə də bildirdiyimiz kimi, ən vacib kriteriyalar məhsulların və eləcədə onların fotolarının keyfiyyətli olması, təsvirlərin əhatəli olmasıdır.

- Məhsulu alan alıcıdan vergi tutulur?

Bəli.

- Uzaq məsafələrdə olan alıcı və satıcını belə desək “GetnSmile.com” birləşdirir. Bəs platformanın bundan qazancı nədən ibarət olur?

“GetnSmile” satışlardan müəyyən miqdarda komissiya tutacaq.Əlavə olaraq da satıcılar müəyyən abunəlik haqqı ödəyəcək. Lakin sistem tam olaraq dəqiqləşməyib.Bunların tətbiqi yanlız “GetnSmile” satıcılarının kifayət qədər satışı həyata keçdikdən sonra, onların da maraqları daxilində olacaqdır.

- Deyə bilərsiniz, son əlinizdə olan çekdə amerikalı vətəndaş nə alıb və nə qədər pulu çıxıb?

“ButaGlass”ın 15 dollar dəyərində olan armudu stəkanı alınıb. Eyni müştəri eyni gündə ümumilikdə 47 dollarlıq sifariş etmişdi.

- Əcnəbi ölkələrdə (nümunə göstərin, zəhmət olmasa) yaşayan azərbaycanlı sahibkarlar platformada məhsullarını yerləşdirib?

Bəli, Türkiyədə yaşayan bir neçə sahibkar həmvətənimiz platformamızda məhsullarını satışa qoyub.