PAŞA Sığorta şirkəti müştərilərinin təhlükəsizliyini düşünərək yeni kampaniyaya başladı.
KASKO almaq Sizdən, Təhlükəsizlik dəsti Bizdən!
PAŞA Sığorta şirkəti müştərilərinin təhlükəsizliyini düşünərək KASKO sığortası üzrə müraciət edəcək müştərilər üçün yeni “KASKO almaq Sizdən, TəhlükəsizlikdəstiBizdən!” adlı kampaniyasına başlamışdır. Beləki, 12-30 yanvartarixində yalnız facebook üzərindən KASKO sığortası üzrə müraciət edəcək müştərilər təhlükəsizlik dəsti hədiyyə qazanacaqlar. Dəstə ilk tibbi yardım çantası, yanğınsöndürən balonu, təhlükəsizlik üçbucağı daxildir.
Avtomobilinizin KASKO qiymətini öyrənmək üçün PAŞA Sığorta şirkətinin rəsmi facebook səhifəsinə daxil olaraq, avtomobilinizin modeli və dəyərini, şəxsiyyət vəsiqənizin, avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, sürücülük təcrübənizi və əlaqə nömrənizi facebook mesaj olaraq göndərməniz lazımdır.
Şirkətdən aldığımız məlumata əsasən kampaniya PAŞA Sığorta şirkətinə müraciət edəcək müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilir.
Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.