PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası məhsulunun Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil edib.
Sosial məsuliyyət öhdəliklərini bütünlüklə qəbul edən və davamlı şəkildə bu istiqamətdə işlər aparan PAŞA Sığorta şirkətiənənəvi ağacəkmə aksiyasıkeçirib. Şəhərin Şıxov qəsəbəsində yerləşən “Dostluq” parkı ərazisində baş tutmuş ekoloji tədbirdə “Yaşıl Bakı” sığorta məhsulunu əldə etmiş müştərilər və PAŞA Sığorta şirkətinin bir qrup könüllü əməkdaşının iştirakı ilə 200-dən çox ağac əkilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin nümayəndəsi Adil Bəkirov “Yaşıl Bakı” məhsulununpaytaxtın yaşıllaşdırılmasına töhfə verən unikal bir sığorta məhsulu olduğunu vurğulayıb və şirkət tərəfindən ekoloji rifahın yüksəldilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyinibildirib.
Qeyd edək ki, “Yaşıl Bakı” daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur. “Çinar”, “Cökə” və “Zeytun”paketlərindən ibarət olan bu məhsulun əsas özəlliyi hər üç paketin tariflərinin öncədən müəyyən olunmasıdır ki, bu da hər kəsə özünə uyğun seçim etməyə imkan verir. Belə ki, “Çinar” paketinin sığorta haqqı 99 AZN, “Cökə” paketinin 149 AZN, “Zeytun” paketinin isə 199 AZN təşkil edir və paketlər üzrə müvafiq olaraq 60.000 AZN, 105.000 AZN və 150.000 AZN sığorta təminatı verilir.
Bununla yanaşı, “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindənpaytaxtın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olur.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.