Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Kredobank” ASC-də yaradılmış Kreditorlar Komitəsinin tərkibini açıqlayıb.
Siyahıda “PAŞA Həyat Sığorta” ASC-nin, Müdafiə Sənayesi Nazirliyinə məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-nin, eləcə də “Azərbaycan İpoteka Fondu” ASC-nin adı var.
Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 şirkət, Milli Mədəniyyətin Təbliği İctimai Birliyi, həmçinin 8 fiziki şəxs də “Kredobank”ın kreditorları siyahısındadır.
Mənbə: Report.az