Pandemiya ötən il hansı peşələri ön plana çıxardı? | Banco.az

Pandemiya ötən il hansı peşələri ön plana çıxardı?

Tamara Mustafayeva, Banco.az

LinkedIn bu il də ənənəvi olaraq “İnkişaf Edən Peşələr” hesabatı ilə milyonlarla iş axtaranları dəstəkləmək üçün “2020-ci ilin ən çox tələbat görən 12 peşə sahəsi”ni və bu peşə sahələrinə yiyələnmək üçün ehtiyac duyulan bacarıqları siyahılaşdırıb. Gəlin ötən il pandemiyanın da təsirindən daha çox ön plana çıxmış peşə sahələrinə nəzər salaq.

1. E-ticarət mütəxəssisləri

Bu il bir çox pərakəndə və logistika şirkəti məhsullarının müştərilərə daha operativ çatdırılmasını təmin etmək üçün minlərlə e-ticarət mütəxəssisini işə cəlb etməli oldu. Odur ki, bu sahə üzrə işə qəbul ötən il 73% artdı ki, hələ də 400 mindən çox vakant yer mövcuddur.

2. Kredit və ipoteka mütəxəssisləri

white and red wooden house beside grey framed magnifying glass

2020-ci ildə kredit mütəxəssisi vakansiyası üzrə işə qəbul edilənlərin sayı əvvəlki ilə nəzərən 59% artım göstərib.

3. Səhiyyə yardım personalı

Koronavirus pandemiyası hər birimizə bəlli olduğu kimi, dərhal və müntəzəm həkim və tibb bacısı ehtiyacına səbəb oldu. Bununla yanaşı səhiyyə işçilərini dəstəkləyən insanlar üçün də eyni tələbat mövcud idi. Bu şəxslər xəstələrə səhiyyə sistemi vasitəsilə nəzarət etməyə, həkimlər üçün müvafiq qeydlər aparmağa və digər mühüm işləri görməyə xidmət edirlər. 2019-cu ildən bəri bu vakansiya üzrə işə qəbul 34%-dən çox artdı.

4. Satış mütəxəssisləri

person writing on white paper

Bu vakansiya üzrə işə qəbul göstəricisi 2019-2020-ci illər aralığında 45% artım göstərib.

5. Gender və irqi məsələlər üzrə mütəxəssis

Böyük və kiçik şirkətlər müəssisələrinə yeni perspektiv qazandırmaq üçün müxtəlif sahələr üzrə mütəxəssislərə müraciət etməyə başladılar. Gender və irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə layihələr çərçivəsində işə qəbul edilən mütəxəssislərin sayı ötən il 90%-dən çox artmışdır.

6. Rəqəmsal marketinq mütəxəssisi

woman in orange shirt using iphone

Pandemiya müəssisələrin məhsul və xidmətlərini insanlara müntəzəm olaraq əl altında olan kompüter və mobil telefon kimi vasitələrlə çatdırmasına daha çox ehtiyac yaratdı ki, bu səbəbdən də rəqəmsal marketinq mütəxəssislərinə tələbat təqribən 33% artdı.

7. Tibb bacıları

Ən sərfəli kredit üçün müraciət et

Tibb bacıları səhiyyə sisteminin təməl sütünlarından biridir və dünya pandemiya ilə mübarizə apardığı əsnada tibb bacılarına olduqca böyük tələbat yarandı. Tibb bacılarına tələbat ötən il 30% artım göstərib.

8. Təhsil mütəxəssisləri

Pandemiyanın elan edilməsindən sonra ənənəvi tədris üsulları ilə vidalaşmalı olan təhsil müəssisələri mövcud şəraiti idarə etmək üçün yeni peşəkarları işə qəbul etməyə başladılar. Odur ki, bu vakansiya üzrə işə qəbul 20%-dən çox artdı.

9. Rəqəmsal kontent yaradıcıları

Demək olar ki, hər bir işin rəqəmsal mühitdə icra edilməsinin zərurətə çevrildiyi pandemiya dövründə rəqəmsal kontent yaradıcılarına tələbat daha da artdı. Ötən il bu sahə üzrə tələbat artımı 49% təşkil edib.

10. Peşəkar və fərdi məsləhətçilər

three women sitting on chairs front of table

2020-ci ilin bir-birindən çətin hadisələri fonunda bir çox insan karyerasını, həyat tərzini yenidən formalaşdırmağa ehtiyac duydu. Odur ki, bu məqsədlə onlara kömək göstərəcək peşəkarlara müraciət etməli oldular. İnsanların və ayrı-ayrı müəssisələrin inkişafına dəstək göstərən mütəxəssislərin əməyinə daha çox qiymət verilməyə başlanıldı. Bu sahə üzrə tələbat 51% artdı.

11. Peşəkar mühəndislər

Pandemiyanın başlaması ilə əksər iş yerləri və gündəlik fəaliyyət sahələri onlayn mühitə inteqrasiya edilməli oldu. Bu prosesi reallaşdıran texnologiya onu təkmilləşdirəcək mütəxəssislərin olmasını da zəruri edirdi. Odur ki, texnologiya mühəndislərinə tələbat 25% artmış oldu.

12. Psixoloqlar

Pandemiya insanların fiziki sağlamlığı ilə yanaşı psixoloji və mənəvi vəziyyətləri üçün də risk faktoru təşkil edirdi. Bu səbəbdən də ötən il insanların psixoloqlara tələbatı 24% artdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram