Palata: Hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını ləğv etməyi planlaşdırmırıq | Banco.az

Palata: Hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını ləğv etməyi planlaşdırmırıq

Beynəlxalq Valyuta Fondunun (IMF) bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat BVF-nin iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov bildirib.

R.Abbasov deyib ki, IMF-in hesabatında qeyd edilən proseslər artıq başa çatıb:

Ən sərfəli kredit üçün müraciət et

“Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağrılmış 2 bankın ləğvetməsinə başladıq. IMF-in hesabatında qeyd olunan proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisnziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır”.

Ən sərfəli krediti almaq üçün müraciət et