Özünü ifadə edə bilmək üçün etməli olduğumuz 5 qızıl qayda! | Banco.az

Özünü ifadə edə bilmək üçün etməli olduğumuz 5 qızıl qayda!

Müasir təhsil sistemi əzbərçilik üzərində qurulub, gənclər kitabları əzbərləyib test imtahanlarına girirlər və təəssüf ki öz fikirlərini ifadə edə bilmirlər. Əslində çoxları elə fikirləşir ki, əzbərçilik təhsil sisteminin günahıdır, yəni gənclərin əzbərləyərək böyüməsinin səbəbi özləri deyil, dövlətdir. Amma gəlin bu məsələyə bir az fərqli pəncərədən baxaq. Əslində əzbərçilik sisteminin günahı məhz təhsil alan gənclərdir. Çünki həmişə asana qaçmışıq, heç vaxt özümüzü ifadə etmək barədə oturub düşünməmişik. Heç fikirləşməmişik ki, gələcəkdə kütlə qarşısında çıxış zamanı nə edəcəyik, əzbərləyə-əzbərləyə hara gedirik?. Bir şeyi öyrənməyin ən asan yolu yoxdur, sadəcə bunu başa düşə bilmirik,  öyrəndiyimiz məlumatı başa düşsək zatən asan yolu taparıq. Yəni yaddaşım yaxşıdır deyə əzbərləmək çıxış yolu deyil, heç fikir verməmisiniz ki biz azərbaycanlılar kütlə qarşısında çıxış edərkən nitqimiz zamanı çox vaxt ınıldıyırıq, yəni bunun səbəbi əzbərçilik sistemidirmi?, yoxsa bizim özümüzü ifadə edə bilməməyimizdədir? . Bəlkə də dövlətlərin üzərinə nəsə yıxmağı buraxıb, biraz da səhvi özümüzdə axtaraq? 

Əslində bunu yazan şəxs də özünü ifadə etməkdə super səviyyədə deyil, amma son iki aydır bu problemi həll etmək üçün çalışır. Çünki artıq başa düşüb ki, yaxşı maaş və karyeradan əlavə əsas şey insanın iki sözü bir-birinə qoşub cümlə qurmasıdır. Çünki nitqi yaxşı insanın, yaxşı karyerası və yaxşı işi olacaq. Razıyam ölkədə universitetə yenicə qəbul olmuş tələbəyə özünü ifadə adlı bir dərs keçirilmir amma bəlkə də keçirilməsi ən vacib olan dərs budur. Adətən gənclərin çoxu məhz universitet zamanı dolu kütlələri görür və bu kütlə qarşısında özünü ifadə edə bilmək məcburiyyətində olur, ümumiyyətlə ali təhsil aldığı dövrdə nitqin, özünü ifadə edə bilməyin ən lazımlı bacarıq olduğunu başa düşür. 

Dünyada ən acı və ən şirin şey insan dilidir. Bunu yaxşı istifadə edən insanın nə müsahibədə nə də ki iş həyatında bir problemi olmaz. Zatən nitqin özü də dildən başlayır, bilmirəm bilirsiniz yoxsa yox ölkəmizdə dil masajları adlanan yerlər var , hansı ki uşaqlara balaca vaxtından dili düzgün işlətməklə bağlı dərslər verilir. Hərçənd bu yerlər daha çox nitqində qüsuru olan uşaqlar üçün fəaliyyət göstərsə də ən azından bu problemi həll etmək üçün addım atan insanlar var.

Yuxarıdakıları nəzərə alaraq məcazi mənada desəm öz dilimi idarə etmək, yəni özümüzü ifadə edə bilmək üçün son 2 ayda öyrəndiklərimi sizlərlə paylaşacam. Ümid edirəm, bu məqalə ən azından problemi həll etməkdə köməkçi olar

1) Kitab oxuyaraq söz ehtiyyatınızı artırın.

Mən özümə hər həftənin başlanğıcı söz verirdim (həftəmin işlərini planladıqdan sonra), bu həftə bu qədər kitab oxuyacam. Maksiumum və minimum rəqəm müəyyənləşdirirdim. Amma çalışırdım oxuduğum kitabları aramla oxuyum, ordakı hər bir sətirə, hər bir mənaya diqqətlə fikir verim. Bilmədiyim söz və ifadəni söz bazama əlavə edim. Doğma dilimi zənginləşdirim. Hətta vaxtım olanda öyəndiyim yeni sözləri bir dəftərə yazırdım, hansı ki ö sözlər bizim leksikonumuzda varmış amma mən bilmiridm.

Ən sərfəli kredit üçün müraciət et

2) Güzgünün qarşısında 20 dəqiqə öz-özümlə danışmaq.

Mən güzgünün qarşısına ilk dəfə çıxıb öz-özümlə danışdıqda çox həyəcanlı idim, o qədər tərləmişdim ki, təsəvvür edə bilməzsiniz. Halbuki əks tərəfdəkinin mən olduğunu və məndən başqa həmin otaqda heç kəsin olmadığını çox yaxşı bilirdim.  Amma buna qalib gəlmək üçün hər vaxtım olduğumda güzgünün qabağına çıxdım, öz-özümlə dərtləşdim, öz fikirlərimi dinlədim, xoşbəxtliyimi və problemlərimi paylaşdım. Qarşımdakı insan məni çox yaxşı dinləyirdi, fikri məndə idi, ona görə də hər sıxıldıqda güzgünün qarşısına keçib onla danışırdım.

3) Az sosial mediada yazışmaq, daha çox üz-üzə dialoqlara yönəlmək.

Anlayandaki yazışmaq nitqimə, özümü ifadə etməyə bir xeyri olmur bütün sosial şəbəkə hesablarıma artıq çox az vaxt ayırmağa başlamışdım. İnsanlarla 5 dəqiqədən az yazışır, vaxtı olarsa məsələni üz-üzə danışmağı xaiş edirdim. Hətta çox vaxt fikrimi səslə izah etməyə çalışır, az mesajdan istifadə edirdim.

4) Qidalanmaya fikir vermək, ac qalmamağa çalışmaq.

Adətən ac olan insan cümlə qurmaqda çətinlik çəkir, nə dediyini bilmir.  Çünki beyin ac olanda yavaş işləyir və ona görə də beyindən gələn siqnallar insana gec çatır. Ona görə də çalışırdım ki, səhər, günorta və axşam yeməyimi yaxşı yeyim, qidalanmağı heç vaxt axsatmırdım.

5) Hər həftə youtube və ya başqa sosial saytlarda bir şəxsin nitqini dinləmək

Bu bəlkə də ən vacibidir, özümüzü ifadə etmək üçün professionallardan dərs almalıyıq. Bir neçə çıxış dinləyib onların mənfi və müsbət cəhətlərini analiz etməliyik. Məsələn mən youtubeda bunun üçün TEDxToastmasters kanallarından istifadə edirdim. Amma siz də bu kanallarla kifayətlənməyin, internetdə çoxlu araşdırıb daha çox və daha yaxşı kanallar tapıb insanların nitqinə qulaq asın.