Cat LeBlanc dünyada məşhur strategiya mütəxəssisidir. Sahibkarlara ideyalarını necə inkişaf etdirmələri haqqında məsləhət verən LeBlanc, bu işə 2013-cü ildə başlamış və həmin il sadəcə 297 dollar qazanmışdır.
LeBlanc, bu pul üçün “Həyatımın ən şirin və qorxuducu 297 dolları idi”- deyir. LeBlanc, qısa vaxt ərzində verdiyi xidmətin keyfiyyətini artırdı və həqiqi bir ixtisas sahəsi yaratdı. Beləliklə, gəlirləri də artmağa başladı. Ən çox qazandığı ay olan 2016-cı ilin Mart ayında, 24 min dollar qazandığını deyir.
LeBlanc-ın uğur hekayəsinə baxdığımızda, asanmış kimi görünə bilər amma qısa zaman ərzində bir çox çətinliklərdən keçmişdir.
LeBlanc-ın Business İnsider-a verdiyi müsahibədə “Kaşki, öz işimi qurmadan əvvəl bilsəydim” dediyi şeylər:
1.Özünüz özünüzün müdiri olun
Özünüz üçün işlədiyiniz zaman bir müdirinizin olmadığını düşünməyin.Bu rolu siz öz üzərinizə götürməlisiniz. Öz işinizi qurduğunuzda hər səhər özünüzə vaxt ayıra biləcəyinizi, saat 11-dən əvvəl işləməyə başlamayacağınızı düşünməyin. Özünüz özünüzü idarə etməlisiniz.
2.Evdə tək işləmək sıxıcı ola bilər
İndi işlədiyiniz işinizdən xoşunuz gəlməyə bilər, amma işdən çıxdığınızda iş yoldaşlarınız üçün çox darıxacaqsınız. Bəlkə ofisdəki xoşa gəlməz hallardan uzaq olmaq sizə yaxşı təsir edər, ancaq çay/kofe fasiləsinə birlikdə çıxacaq birini tapa bilməmək kefinizi poza bilər. Bunun qarşısın almaq üçün yaxşı yola getdiyiniz bir dostunuzla birlikdə işləyə bilərsiniz. Beləliklə, birlikdə həm işlə bağlı fikir alış verişi edə bilər, həmdə tək qalmış olmarsınız.
Digər tərəfdən iş sahibləri ilə görüşlər təşkil edə, əlaqələri davam etdirə və beləliklə, öz sosial çevrənizi yarada bilərsiniz.
Evdə işləmək sizə həqiqətən sıxıcı gəlirsə, bir kafedə və ya ortaq iş sahəsi (coworking) təklif edən yerlərdə işləyə bilərsiniz.
3.Maliyyə məsələlərini necə idarə edəcəyinizi öyrənin
Öz işinizin müdiri olmaqla bir iş yerində işçi olmaq arasındakı ən böyük maliyyyə fərqliliyi, aylıq gəlirlərinizdəki eniş-çıxışlardır. Müştərilərinizdən ödəmə planı istəyərək, bu məsələni yüngülləşdirə və ya ödəmə variantlarını müxtəlif növlərə bölüb, ödəməni vaxtında edən müştərilərinizə endirimlər tətbiq edə bilərsiniz. Beləliklə daha nizamlı pul axını yaratmış olarsınız.
Güllü Nağıyeva, banco.az