Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə 500.000 dollardan çox qiymətə satılan avtomobillərə təlabat rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Rolly-Royce” şirkətinin baş direktoru Torsten Muller Otvos bildirib. Şirkət rəhbəri ötən ildə satışların ilk dəfə olaraq 6000-ni keçdiyini vurğulayaraq, satışlarda hər hansısa daralma və ya yavaşlamanın qeydə alınmadığını bildirib.
Rolls-Royce ötən ildə 2021-ci illə müqayisədə 8 faiz artımla 6 min 21 avtomobil tədarük edib. 2022-ci ildə satılan avtomobillərin orta qiyməti isə 534 min dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!