Ötən il Türkiyənin təbii qaz idxalı 8 faizə yaxın azalıb | Banco.az

Ötən il Türkiyənin təbii qaz idxalı 8 faizə yaxın azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin təbii qaz idxalı 2023-cü ildə 7,64 faiz azalıb.

Banco.az xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) illik təbii qaz sektoru hesabatından toplanan məlumatlara görə, Türkiyənin ötən il idxal etdiyi 50,48 milyard kubmetr təbii qazın 71,73 faizinə bərabər olan 36,21 milyard kubmetri boru kəmərləri vasitəsilə nəql edilib.

Qalan 14,27 milyard kubmetr, yəni 28,27 faizi isə mayeləşdirilmiş təbii qaz (LNG) kimi alınıb.

Ötən ilki təbii qaz idxalının 66,39 faizi uzunmüddətli idxal lisenziyası çərçivəsində, 33,61 faizi isə spot əsasda həyata keçirilib.

Türkiyənin təbii qaz idxalında Rusiya 42,27 faiz payla birinci yerdədir ki, bu ölkəni 20,32 faizlə Azərbaycan, 11,86 faizlə Əlcəzair, 10,71 faizlə İran və 7,95 faizlə ABŞ izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2022-ci ildə ölkənin təbii qaz idxalının həcmi 54 milyard 661 milyon 670 min kubmetr təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et