Ötən ay ən çox endirilən mobil oyunlar AÇIQLANDI | Banco.az

Ötən ay ən çox endirilən mobil oyunlar AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Sensor Tower analitik şirkəti tərəfindən aparılan araşdırmaya görə, oktyabr ayı ərzində ən çox endirilən mobil oyunlar bəlli olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən araşdırmanın hesabatına əsasən ən çox endirilən oyun "Among Us" olub. 2018-ci ildə InnerSloth şirkəti tərəfindən yaradılan oyun istifadəçilərin böyük marağına səbəb olur.

Son dövrlərdə Twitch və YouTube platformalarında olduqca populyarlaşan "Among Us" oyunu oktyabr ayı ərzində 74,8 milyon endirilmə göstəricisinə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 dəfə çoxdur.

Araşdırmada "Among Us" oyununu müvafiq olaraq "Subway Surfers", "Join Clash 3D", "Garena Free Fire", "Genshin Impact", "Stair Run", "Cube Surfer", "Tiles Hop", "Emoji Puzzle", "My Talking Tom Friends" mobil oyunları izləyib.

Qeyd edək ki, sözügedən araşdırma mobil oyunların iOS və Android platformalarında ayrılıqda və ikisinin yekun endirilmə göstəricilərini əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Son dövrlərin ən populyar oyunu PUBG necə yarandı?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram