Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-dən verilən məlumata görə, standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub.
2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma baş verib. Orta sığorta haqqı illik müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.
Mənbə: Report.az