Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin birinci yarısında əsas kapitala 7 148,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çox vəsait yönəldilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 21,4%, qeyri neft-qaz sektoruna investisiyalar isə 4,2% artıb.
Məlumata görə, hesabat dövründə istifadə olunmuş vəsaitin 4 322,9 milyon manatı və yaxud 60,5%-i məhsul istehsalı sahələrinə, 2 426,6 milyon manatı və yaxud 33,9%-i xidmət sahələrinə, 398,8 milyon manatı və yaxud 5,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yarım il ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 5 208,9 milyon manatını və yaxud 72,9%-ni daxili vəsaitlər təşkil edib, 5 048,7 milyon manatı və yaxud 70,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6%, büdcə vəsaitləri 33,8%, əhalinin şəxsi vəsaitləri 7,2%, bank kreditləri 3,4%, sair vəsaitlər isə 7% paya malik olub.
Bizi sosial şəbəkələrdən izləyin!!