Sığorta şirkətlərinin 2018-ci ilin yanvar-oktyabr ayları üçün maliyə göstəriciləri açıqlanıb. Sığorta şirkətlərinin ümumən ödənişlərinin yığıma nisbəti 33,37% təşkil edib.
2018-ci ilin yanvar-oktyabr aylarında şirkətlər üzrə ödəniş yığım nisbətində ən böyük göstəriciyə “A-Group Sığorta” ASC şirkəti 117,63% malik olub. Bu da onu göstərir ki, bu şirkətin ödənişinin miqdarı yığımından çox olub.
Digər şirkətlərdə göstəricilər belədir: “Qala Həyat Sığorta” – 85,94%, “Atəşgah Sığorta” – 53,97%, “Günay Sığorta” – 51,99% və “AXA-MBASK” – 50,58% .
Ödənişi yığımına nisbətən ən az olan şirkət : “Naxçıvan Sığorta” – 1,48%. 6,08% göstərici ilə “İpək Yolu Sığorta” 2-ci yeri tutur. Digərləri isə “Meqa Sığorta” – 12,03%, “Amrah Sığorta”- 12,22% və “Qala Sığorta” -12,50% olub.
5 şirkətdə ödənişin yığımda payı 30-50% arası, qalanlarında isə 19-30% arası dəyişir.
Fed.az