Niyə Ripple-a investisiya qoymalısınız? | Banco.az

Niyə Ripple-a investisiya qoymalısınız?

Cüzdanlarında Ripple (XRP) saxlayan kriptovalyuta istifadəçiləri üçün işlər bir qədər qəlizdir. Yanvarda 3.82 dollara yüksələn XRP bundan bir ay sonra 0.62 dollaradək endi.

Olduqca qısa müddətdə yaşanan eniş 84% civarındadır. Bu proseslərdən sonra bəzi investorlar portfellərindən XRP-ni çıxarsalar da, Ripple-ın 10 dollara yüksələcəyinə inananlar da az deyil. Yaponiyanın maliyyə nəhəngi “SBI Holdings”-in CEO-su və rəhbəri Yaşitaka Kitao Ripple-ın dəyərinin çox aşağı qiymətə əməliyyat gördüyünü və gələcəkdə 10 dollara qalxacağını iddia etmişdi.

XRP-ni niyə investisiya portfelinizə daxil etməlisiniz? Birlikdə bəzi məqamlara nəzər salaq.

Ripple-ın sərt ödəmə infrastrukturu xRapid ilə başlayaq. xRapid üzərindən reallaşdırılan həvalə əməliyyatlarının mövcud sistemə görə 40-70% nisbətində daha xərcsiz imkanlar təqdim etdiyi edilən testlər nəticəsində sübut edilmişdi. Ənənəvi sistemlərdə vasitəçi təşkilatların prosesə daxil olması beynəlxalq həvalə əməliyyatlarının həm bahalı, həm də sürətsiz reallaşmasıyla nəticələnirdi. Ancaq xRapid ilə edilən həvalə əməliyyatlarının 2 gün deyil, yalnız 2-3 dəqiqədə tamamlanması bazarda böyük əks-səda doğurur.

XRP-ni portfelinizdə saxlamaq üçün digər bir səbəb kriptovalyutanın birjalar və mobil cüzdan tətbiqləri tərəfindən davamlı siyahıya alınmasıdır. Son olaraq Birləşmiş Krallıq mərkəzli tətbiq “Revolut App”-də siyahıya alınan XRP-nin “LMAX” adlı birjada da fəaliyyətə alınacağı gözlənilir. Bu qəbildən digər böyük platforma “SBI Holdings”-dir. Şirkətin CEO-su Yaşitaka Kitao birjanın gələcəkdə bir nömrə olacağını vəd edir.

Ən sərfəli kredit üçün müraciət et

XRP-yə üstünlük verməyin digər bir səbəbi kriptovalyutanın sahib olduğu “qarşılıqlı istifadə” xüsusiyyətidir. Bu xüsusiyyət başda Devid Şvartz olmaqla, bütün layihə üzvləri tərəfindən dəstəklənir. Buna görə, Ripple-ın gələcəkdə kriptovalyutalar arasında keçirilən ödənişlər üçün istifadə ediləcək bir nömrəli vasitə halına gələcəyi proqnozlaşdırılır.

Devid Şvartz dəyərləndirmə baxımından bunları bildirib:

“Ripple-ın ilk günlərdən bu yana sahib olduğu vizion bütün pul vahidləri arasındakı qarşılıqlı mövcudluğu təmin edən bir sistem meydana gətirmək ilə əlaqədar idi. Dünyanın istənilən valyutası ilə ödəməyə imkan verən bir sistem olmalıdır”.

Bitcoin başda olmaqla, son vaxtlar kriptovalyuta bazarı dəyər itirir. Hər kəsin Bitcoin-in 10 min dolları keçməsini gözlədiyi vaxtda BTC 7000 dollara qədər ucuzlaşıb. XRP-yə üstünlük verməyinizin bir neçə səbəbini yazdıq. XRP-nin gələcəkdə dünyadakı həvalə əməliyyatları üçün istifadə ediləcək pul vahidi halına gəlməsi ən əsas ehtimallardan sayılır.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az