İnsanların çoxu marketinq ilə İctimaiyyətlə Əlaqələr (ing.Public relations-PR-ın) oxşar sahələr olduğu fikrindədir. Bunun səbəbi isə marketinq ilə PR arasındakı sərhədin dəqiq müəyyən edilməməsidir. Qəbul edirik hər ikisi məhsul/xidmətin təqdim edilməsini tamamlayan anlayışlardır. Onları bir-birindən ayıran çox vacib nüanslar yoxdur.
Çünki bugünə qədər bu anlayışlar, əsasən oxşar kontekstlərdə və bir-birilərinin yerində istifadə edilib. Bəzi şirkələrdə marketinq və ictimaiyyətlə əlaqələrin (PR-ın) eyni departament daxilində yerləşdiyinin şahidi ola bilərik. Hətta, mütəxəssislərə bu iki anlayış arasında fərq nədir? sualını versəniz cavab tapmaqda çətinlik çəkəcəklər.
Təbii ki, hər iki anlayış arasında çox önəmli əlaqələr var. İctimaiyyətlə əlaqələr qurmaq onsuz da marketinqin ən vacib funksiyalarından biridir. Xüsusilə, müştəri deyil, insanı mərkəzdə tutan yeni marketinq konseptlərində (məsələn, inbound marketing) yaxşı insan əlaqələrinə daha çox ehtiyac duyuruq.
Bu anlayışlar arasındakı fərqləri izah etməyə başlamamışdan öncə marketinq və PR-ın nə demək olduğunu izah edək. Qısası, marketinq nədir? Məhsulun satışını artırmağa, müştərinin rəqib şirkətlərə deyil, onlardan məhsul almasına təşviq edən, daha çox ağıllarda qalmağa kömək olan hər növ fəaliyyət - marketinqin alətləri sırasındadır.
İctimaiyyətlə əlaqələr isə insanlar və şirkətlər arasındakı informasiya axınını idarə edən, beləliklə iki tərəf arasında pozitiv və uyğun əlaqənin olmasını təmin edən anlayışdır. İctimaiyyətlə əlaqələr (PR) ilə şirkət bazarın nəbzinin atdığı yerdə özünə yer tapır. İnsanların şirkət və şirkətin məhsulları barəsində fikirlərini öyrənir.
İctimaiyyətlə əlaqələr, eyni zamanda gələcəyə fokuslanan investisiya olaraq görünür. Güclü ictimaiyyətlə əlaqələr kampaniyaları kütlələrin zehnində çox daha sağlam şəkildə və uzun müddət qalacaq.
Marketinq və İctimaiyyətlə əlaqələr arasındakı fərqlər
- Marketiqin əsas vəzifəsi satışları artırmaq və məhsullar barəsində istehlakçıya təklif mesajları ötürməkdir. İctimaiyyətlə əlaqələr, ictimaiyyətdə şirkət və markaya yönəlmiş pozitiv baxış bucağı yaratmaqdır. Xüsusilə, bu nöqtədə ictimaiyyətlə əlaqələr və marka marketinqinin ciddi şəkildə paralel aparılmalıdır.
- Marketinqdə məhsulun təqdimatı edilir. Amma ictimaiyyətlə əlaqələrdə isə şirkətin təqdimatı aparılır. Marketoloq məhsul və məhsul xəttini təqdim etməklə məşğul olur. PR mütəxəssisi isə şirkətin adı və imicini təqdim etməlidir.
- Marketoloq məhsulu, ictimaiyyətlə əlaqələr isə markanı satır. Marketoloq məhsul və xidmətin hədəf kütlə üçün daha cəlbedici olması üçün çalışır. İctimaiyyətlə əlaqələr mütəxəssisi isə şirkətin.
- Marketoloq məhsul və xidmətin hansı qiymətdən satılmalıdır? sualı üzərində düşünür. PR mütəxəssislər isə şirkətin qiymət strategiyası daxil olmaqla, bütün marketinq fəaliyyətin cəmiyyət üzərindəki təsirini araşdırır.
- Marketoloqların əldə etməyə çalışdığı mənfəətdir. İctimaiyyətlə əlaqələrdə isə bu etibardır. Marketinq, məhsul və xidmət satışlarından daha çox gəlir əldə etməyə, mənfəəti davamlı hala gətirməyə, bazar payını artırmağa, qısası sərmayə yığmağa, ictimaiyyətlə əlaqələr isə şirkətin bazardakı pozitiv imicini qorumağa kömək olur. Əlbəttə, pozitiv imic və etibarın yığılması orta-uzun müddətdə yenə mənfəət olaraq geri qayıdacaq. Ancaq ictimaiyyətlə əlaqələrdə bu motivasiya marketinqə görə daha azdır.
- Marketinq içində ictimaiyyətlə əlaqələrin də daxil olduğu çeşidli, bir-birindən fərqli və bir-birini tamamlayan alətlərdən istifadə edilir. İctimaiyyətlə əlaqələr isə bütün marketinq strategiyasının bir hissəsi olaraq düşünülür. Başqa cürə demək lazımdırsa, marketinq ictimaiyyətlə əlaqələri əhatə edir.
- Marketinq ictimaiyyətlə əlaqələrə görə, daha köhnə anlayışdır. İqtisad elminin bir hissəsidir. İlk böyük marketoloqlar iqtisad teoriminə qarşı olana şəxslər olub. İctimaiyyətlə əlaqələr isə humanitar elmlərinə daha yaxındır.
Facemark.az