Hookit medya agentliyinə görə Ronaldonun sosial media platformaları üzrə 323.4 milyon izləyicisi mövcuddur. Hətta dünyanın ən yaxşı brazilyalı hücumçusu Ronaldinho belə 83.7 milyon izləyici sayı ilə Ronaldodan geridədir. Təkcə instagram hesabı ilə Ronaldo planetin üçüncü ən çox izləyicisi olan atlet hesab edilir, izləyici sayı isə 128 milyon nəfərdir.
Əslində yuxarıdakılar böyük şirkətlərin sosial medya postlarına niyə bu qədər çox pul xərclədiyini də bir tərəfdən açıqlayır. Hookitin araşdırmasına görə, Ronaldonun hər postu təqribən 2.3 milyon insana çatır. Bu postlar Nike kimi şirkətlər üçün 1.8 milyard dollarlıq gəlir deməkdir. Sosial media araşdırma şirkəti İzeaya görə Ronaldo 2018-ci ildə hər sponsorlu instagram postundan təqribən 400 000 minə qədər gəlir gətirib.
Bu sahədə Ronaldo rəqibsiz olduğundan 2016-cı ildə ömrünün sonuna qədər Nike ilə bir milyardlıq müqavilə imzalayıb. Bu müqaviləyə görə Ronaldo futbolu tərk edib pensiya yaşına çatandan sonra belə Nike ona pul ödəməyə davam edəcək. Basketbol əfsanəsi, NBA-in bir nömrəsi Michael Jordan da 2003-cü ildə Nike ilə belə bir müqavilə imzalamışdı. Lakin hər varlı etdiyi kimi Ronaldo da vergidən qaçır, buna görə də 21.7 milyon dəyərində cərimə ödəməlidir.
Bu il də məhşur futbolçu medianın diqqətindən uzaq qalmayıb. İlk növbədə İtaliyanın futbol klubuna transfer olan Ronaldo bu qərarı ilə bir sıra mübahisələrə səbəb oldu. Bu mövzuda bir çoxları onun tərəfini saxlamasa da Nike şirkəti yenə də öz reklam simasına dəstəyini əsirgəmədi. Belə ki, şirkət İtaliyanın Turin şəhərində Piçça Vittorio Veneto meydanında futbolçunun bütün uğurlarını əks etdirən böyük bir reklam bilbordu asaraq öz dəstəyini ifadə etmişdir. Reklam lövhəsinin sonunda isə “Hər şeyi unut və yenidən başla.” ifadəsi yer alıb.