Nik Voyçiç 4 dekabr 1982-ci ildə Serb-Avstralian ailəsində, tetra-amelia adlanan sindromla dünyaya göz açmışdır, hansı ki, bu sindrom iki əl və iki ayağın bütünlüklə olmaması fiziki qüsurunu törədir. Dünyada sadəcə 7 nəfərdə görülmüş nadir sindromdan əziyyət çəkən Nik hazırda 2 uşaq atasıdır və ictimai natiq, bir çox bestsellərə çevrilmiş şəxsi inkişaf kitabının müəllifi, aktyor, musiqiçi olmaqla, üzgüçülük, balıqçılıq, rəsm bacarıqlarına sahibdir və öz heyrətamiz həyat hekayəsi ilə milyonları ruhlandırır.
1.Güclü olun.
Təsəvvür edin ki, bir səhər oyanmısınız və nə əlləriniz, nə ayaqlarınız var. Gəzmək, gündəlik ehtiyyaclarınızı qarşılamaq kimi bacarıqlarınız da yoxdur və ya kifayət qədər deyil. Hətta sevdiklərinizi belə qucaqlaya bilmirsiniz, nə edərdiniz? Mən güclü olmağı seçdim, həyatı yaşamağı seçdim. Sağ qalmaq üçün deyil, yaşamaq üçün çırpındıqca, beyniniz həll yolları axtaracaq. Yəni siz xoşbəxt olmaq istəyisinizsə, olacaqsınız. Güclü olun, hər şey sizdən, sizin düşüncələrinizdən asılıdır.
2.Arzular çox yaxındadır, cəhd edin.
Qəlbinizi sevgiylə doldurun, arzulayın, böyük arzularla ruhlandırın özünüzü. Qorxunun bacarıqlarınızın və arzularınızın önünə keçməsinə icazə verməyin. Əlinizdə olanlara sevinib, olmayanlara fokuslanın, amma gedəcəyimiz yol uzundur, çətindir və hər cür uğursuzluq var burda. Yolun sonuna çatmaq üçün əzmlə, hədəflərinizə sadiq qalmaqla dayanmadan gedin. Mən əllərin və ayaqların olmamasının xəyallarımı gerçəkləşdirməyimə mane olacağına heç vaxt inanmadım, çünki yeganə maneə qorxudur.
3.Kəlimələrin sehrli gücündən istifadə edin.
Dünyanın ən böyük güclərindən biri sözlərdir. Saniyələr içində insan beyninin negativ fikirlərlə yüklənməsi, ətrafda çox şeyi negativə dəyişə bilir. İnsan beyni ətraf mühitin maketi sayılır desək yanılmamış olarıq. Hər şey beyində başlayır, real həyatda davam edir. Beyninizi nə qədər gözəl düşüncələrlə yükləsəniz, əmin olun ki, bütün fiziki qüvvələr sizin xeyrinizə çalışacaq.
4.Fərqləri sevin.
Sərhədlər sərhədləri qəbul edənlərindir. Hansısa bir sərhədin olduğuna inandığınız üçün aşa bilmirsiniz barierləri. İnsanlar fərqli olan şeylərdən çəkinir, öyrəşməyə çətinlik çəkirlər. Lakin unutmaq olmaz ki, fərqlər yenilikləri, yeniliklər isə gələcəyi doğurur. Fərqlilikləriniz zəif cəhətləriniz deyil, üstünlükləriniz olsun.
5.Limitləri unudun.
Belə bir sual verin özünüzə, “Əgər dünya, heç bir istisnasız, hər şeyin mümkün olduğu bir dünya olmuş olsa idi, həyatım necə olardı?” Əgər hansısa limitlər sizi arzularınızdan uzaqlaşdırırsa, siz daha çevik davranıb, o limitləri uzaqlaşdırın həyatınızdan.
Sevinc Hüseynova, banco.az