Netflix platformaya növbəti yeni funksiya əlavə etdi | Banco.az

Netflix platformaya növbəti yeni funksiya əlavə etdi

Tamara Mustafayeva, Banco.az

Tanınmış video-yayım platforması olan Netflix istifadəçilərin məmnunluğunu artırmaq üçün müntəzəm olaraq platformaya yeni funksiyalar əlavə edir.

Bu dəfəki yeni funksiya isə istifadəçilərə daha əvvəl izlədikləri videolara uyğun digər serial və ya filmləri tövsiyə edir. "Play Something" ("Hər hansı bir şey izlə") adlanan bu yeni funksiya sayəsində artıq zövqünüzə uyğun video tapmaq daha asan olacaq.

Dünyanın hər yerində istifadəçilərin bəyənisinə təqdim edilən sözügedən yeni funksiyanı giriş ekranında, əsas səhifədə və ya axtarış menyusunda aktivləşdirmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et