Tamara Mustafayeva, Banco.az
AT&T və Discovery telekommunikasiya şirkətləri birləşir, Neftlix platformasına yeni rəqib gəlir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın tanınmış telekommunikasiya şirkəti AT&T tərəfindən idarə edilən WarnerMedia televiziya nəhəngi Discovery ilə birləşəcək. Yeni yaradılacaq şirkətdə HBO-dan Animal Planet-ə kimi bir çox kanal yer alacaq.
Ötən üç il ərzində nəzdindəki media bölməsinə 85 milyard dollar investisiya qoyuluşu həyata keçirən AT&T Inc. bu bölməni şirkətin tərkibindən çıxarmaqla Discovery Inc. ilə yeni əməkdaşlığa imza atacaq. Məsələyə agah olan mənbələrin məlumatına görə, sözügedən əməkdaşlıq həftə ərzində elan edilə bilər.
İddialara görə, yeni yaradılacaq şirkətin CEO-su isə eyni zamanda Discovery şirkətində də bu vəzifəni icra edən David Zaslav olacaq.
TV nəhəngi Discovery ilə AT&T telekommunikasiya şirkətinin birləşməsi həmçinin öz növbəsində Netflix Inc. və Walt Disney Co. üçün əsaslı rəqib formalaşması deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!