Neft Fondu Beynəlxalq Bankdakı depozitin müddətini uzada bilər | Banco.az

Neft Fondu Beynəlxalq Bankdakı depozitin müddətini uzada bilər

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Beynəlxalq Bankına depozitin yerləşdirilməsini şərh edib.

Ş. Mövsümov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, qaydaya görə, Fond aktivlərinin 5%-ini yerli bazarda yerləşdirə bilər: "Bu da təxminən $1,6 mlrd. edir. Biz $1 mlrd. yerləşdirmişik. Daha $600 mln. yerləşdirmək fikrimiz yoxdur".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, vəsait 1 il müddətinə, 4%-lik gəlirliliklə yerləşdirilib.

İcraçı direktor əlavə edib ki, bankın istəyi olarsa, depozitin müddəti uzadılacaq.

Ş. Mövsümov bildirib ki, Fondun başqa banka depozit yerləşdirmək fikri yoxdur.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et