Nağd kredit alan zaman hansı nüanslara diqqət yetirmək lazımdır? | Banco.az

Nağd kredit alan zaman hansı nüanslara diqqət yetirmək lazımdır?

Əslində kredit əldə etmək sizin düşündüyüz qədər asan deyil. Hər bir kredit istifadə rahatlığından və əlavə xərclərin məbləğindən asılı olaraq formalaşan çoxsaylı nüanslardan ibarətdir.

Nağd kreditlər üzrə təklifləri nəzərdən keçirən zaman bir sıra parametrlərə də diqqət yetirmək lazımdır. Kredit üzrə ödəniş məbləği məhz həmin parametrlər arasındakı uyğunluqdan asılıdır.

- Faiz dərəcəsi. Faiz dərəcəsi dedikdə, kreditin ödəniş məbləğinin müştərinin kreditdən istifadə müqabilində banka ödəməli olduğu məbləğin ölçüsünə olan nisbəti nəzərdə tutulur. Bu rəqəm nə qədər böyük olarsa, əlavə xərclər də bir o qədər çox olur. Bu səbəbdən də müqavilə imzaladığınız zaman özündə müxtəlif komissiyaları (müxtəlif əməliyyatlar üzrə ödənişlər) birləşdirən effektiv faiz dərəcəsinə (krediti tam məbləği) diqqət yetirin.

- Kreditin məbləği. Bank sizə kredit verən zaman ödəmə qabiliyyətinizi əsas götürür. Maliyyə müəssisələri, bir qayda olaraq, minlərlə manat məbləğində nağd kredit təklif edə bilərlər. Amma nəzərə almaq lazımdır ki, böyük məbləğdə kredit götürmək üçün banka girov qismində daşınmaz əmlak (ev, mənzil, torpaq sahəsi və s.) və ya səhmlər, qiymətli metallar təqdim etməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

- Kredit valyutası. Qeyd edək ki, daimi gəliriniz hansı valyutada ödənilirsə, krediti də məhz həmin valyutada götürmək daha məqsədəuyğundur.

- Kreditləşmə müddəti. Krediti daha uzun müddətə götürsəniz, hər ay banka daha az məbləğdə ödəniş edəcəksiniz. Lakin unutmayın ki, qısamüddətli kreditlə müqayisədə, daha uzun müddətə götürülən kreditin əlavə xərcləri də yüksək olur. Bu səbəbdən də minimal və sizin üçün daha rahat olan ödəniş müddətinə üstünlük verin.

- Kreditin ödənilmə forması. Kredit üzrə 2 ödəniş forması mövcuddur: annuitet (bərabər məbləğdə) və differensiallaşdırılmış (ödəniş müddətinin sonuna qədər ödənişin məbləği getdikcə azalır). Hər ay kredit üzrə eyni məbləğdə ödəniş etmək imkanı verdiyinə görə borcunuzu annuitet formada ödəmək sizin üçün daha əlverişlidir. Amma nəticə etibarilə, bu formada ödənilən kreditin məbləği differensiallaşdırılmış formada ödənilən kreditlə müqayisədə daha çox olur.

Sevinc İbadova/Banco.az