Banco.az kaspi.az-a istinadən yazını təqdim edir.
İnternetdə axtarış edərkən qarşımıza o qədər film çıxır ki, hansına baxacağımızı bilmirik. Həm də elə seçim etmək lazımdır ki, əlavə vaxt itkisi olmasın, baxdığımız filmin aşıladığı fikir bizim üçün müəyyən bir anlam daşısın. Bəzən gənclər bu kimi nüanslara görə, film seçimi edərkən çətinlik çəkirlər. Lakin filmləri izləyən insanların təcrübələri bu mövzuda bizə çox kömək edə bilər.
Rubrikamızın bu dəfəki qonağı teleaparıcı Mirsəməd Cəfərlidir. Aparıcı 2017-ci ildə ən maraqlı saydığı filmləri gənclərimiz üçün qeyd etdi.
Müsahibimiz deyir ki, daha çox həyatla səsləşən, tarixi hadisələri əhatə edən filmləri xoşlayır: "Kino başlayarkən "real həyat hadisələrinə əsaslanaraq çəkilib” yazılırsa, onda sevinirəm. Bilirəm ki, həmin filmə çox böyük maraqla baxacam. İlk seçimim dram janrında olan "Dəniz kənarında Mançester”(Manchester by the sea) filmidir. Bu film tarixi hadisələrlə bağlı deyil, amma həddən artıq təsirlidir. Filmin qəhrəmanı 3 övladını itirib, buna baxmayaraq, o, həyata davam etməlidir. Depressiyaya düşmür, normal şəkildə yaşayır. Düşünürəm ki, insan çətin, naümid anlarında bu filmə baxmalı və həyatda nə kimi çətinliklərin olduğunu başa düşməlidir. Baş qəhrəman Keysi Afflekin aktyorluq bacarığını xüsusi qeyd etmək istəyirəm. Həqiqətən də rolu çox gözə Ən sərfəli kredit üçün müraciət et
l canlandırıb”.
İkinci film isə "Gizli fiqurlar” (Hidden Figures) adlanır. Bu filmdə 3 afroamerikalı qara qadından danışılır: "Tarixi hadisələrə söykənən, konkret həyatda prototipi olan şəxslərdən bəhs edilir. 1950-ci illərin sonu, 60-cı illərdə SSRİ ilə ABŞ arasında kosmik fəzanın əldə edilməsi uğrunda mübarizə dövrünü əhatə edir. Həmçinin qaraların həmin dövrdəki hüquqsuz vəziyyəti təsvir olunur. Kinoda amerikalıların necə patriot olduqları görünür”.
Onun üçüncü seçimi "Şir” (Lion) kinosudur. Kasıb bir məhəllədən olan uşağın başına gələnlərdən və son nəticədə həyatın onun üzünə gülməyindən bəhs edilir: "Kinoda çox məşhur aktyorlar yer alıb. Film Hindistanla Qərb ölkələri arasında olan fərqi göstərir. Filmdə olan balaca uşağı 4000 nəfər arasından seçiblər. Bu da kinoya olan ciddi hazırlığın göstəricisidir”.
Dördüncü film komediya janrında olan "İdeal naməlumlar”dır (Perfetti sconoscuiti). İtaliya istehsalı olan film kifayət qədər dinamikdir, lakin baş verən hadisələr bir otaqdan kənara çıxmır: "Əsasən dialoqlar üzərində qurulub. Filmin əsas marağı bundadır ki, qəhrəmanlar qərara gələrək, bir-birlərinə mobil telefonlarını göstərirlər. Sonu isə gözlənilməz olur”.
Son seçimi isə "Susqunluq” (Silence) filmdir: "Rejissor kinoya tərcüməsiz alt yazı ilə baxmağı məsləhət görür. Yaponiya həyatına həsr olunmuş çox emosional filmdir. Xristian təriqətçilərin Yaponiya həyatına daxil olaraq xristian dinini yaymağından danışılır. Filmdə əqidənin, inamın güclü, sarsılmaz olduğu göstərilir. 17-ci əsr Yaponiya həyatını əks etdirən mükəmməl bir filmdir. Finalı da çox təsirlidir”.