Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Statistika Bürosunun (Avrostat) məlumatlarına əsasən, Avropa ölkələrinin minimum əməkhaqqı reytinqi hazırlanıb.
Banco.az xəbər verir ki, sözügedən reytinqə görə, dünyada ən yüksək minimum əməkhaqqı verilən ölkələr və minimum əməkhaqqı məbləğinin 10 il ərzində necə dəyişdiyi bəlli olub.
Lüksemburq
2022-ci ilin iyul ayına olan statistika əsasən, Avropada ən yüksək ümumi minimum əməkhaqqı 2 min 313 avro ilə Lüksemburqda verilir. 2012-ci ildə isə ölkədə minimum əməkhaqqı 1801 avro olub. Yəni, 10 illik dövr ərzində ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 2,5 faiz təşkil edib.
Belçika
2022-ci ilin iyuluna olan statistikaya əsasən, Avropada ikinci ən yüksək ümumi minimum əməkhaqqı 1842 avro ilə Belçikada verilir. 2012-ci ildə isə ölkədə minimum əməkhaqqı 1472 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əmək haqqının orta illik dəyişməsi 2,3 faiz təşkil edib.
İrlandiya
2022-ci ilin iyul ayına qədər İrlandiyada ümumi minimum əməkhaqqı 1774 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 1462 avro idi. Odur ki, 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 2 faiz təşkil edib.
Hollandiya
2022-ci ilin iyul ayına kimi Hollandiyada ümumi minimum əmək haqqı 1756 avro təşkil edib. 2012-ci ildə isə ölkədə minimum əmək haqqı 1456 avro idi. Bu da 10 illik dövrdə ümumi minimum əmək haqqının orta illik dəyişməsinin 1,9 faiz təşkil etdiyini göstərir.
Almaniya
2022-ci ilin iyuluna olan statistikaya əsasən, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada ümumi minimum əməkhaqqı 1744 avro təşkil edir. Qeyd edək ki, ölkədə minimum əməkhaqqı norması 2015-ci ildə qəbul edilib.
Fransa
Fransa dünyanın minimum əmək haqqı reytinqində ilk 25 ölkə arasında 6-cı yerdədir. 2022-ci ilin iyul ayına olan statistika əsasən, ölkədə ümumi minimum əməkhaqqı 1645 avro təşkil edir. 2012-ci ildə isə bu məbləğ 1425 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 1,4 faiz təşkil edib.
ABŞ
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da 2022-ci ilin iyul ayına kimi ümumi minimum əməkhaqqı 1210 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 998 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 1,9 faiz təşkil edib.
İspaniya
İspaniyada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına qədər 1166 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 748 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 4,5 faiz təşkil edib.
Sloveniya
Sloveniyada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 1074 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 763 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik 3,5 faiz təşkil edib.
Yunanıstan
2022-ci ilin iyul ayına olan statistika əsasən, Yunanıstanda ümumi minimum əməkhaqqı 831 avro təşkil edir. 2012-ci ildə isə ölkədə minimum əməkhaqqı 684 avro idi. Bu 10 illik dövrdə ümumi minimum əmək haqqının orta illik dəyişməsi 2 faiz təşkil edib.
Portuqaliya
Portuqaliyada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 823 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 566 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 3,8 faiz təşkil edib.
Malta
Maltada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 792 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 685 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 1,5 faiz təşkil edib.
Litva
Litvada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 730 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 232 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 12,1 faiz təşkil edib.
Çexiya
Çexiyada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına qədər 655 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı isə 312 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqı orta hesabla 7,7 faiz dəyişib.
Estoniya
2022-ci ilin iyul ayına olan statistika əsasən, Estoniyada ümumi minimum əməkhaqqı 654 avro təşkil edir. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 290 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqı orta hesabla 8,5 faiz dəyişib.
Slovakiya
2022-ci ilin iyul ayına olan statistika əsasən, Slovakiyada ümumi minimum əməkhaqqı 646 avro təşkil edir. 2012-ci ildə isə ölkədə minimum əməkhaqqı 327 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əmək haqqının orta illik dəyişməsi 7 faiz təşkil edib.
Polşa
Polşada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 642 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 353 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının illik orta dəyişməsi 6,2 faiz təşkil edib.
Xorvatiya
Xorvatiyada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 622 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 374 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının illik orta dəyişməsi 5,2 faiz təşkil edib.
Rumıniya
Aİ-nin üzvü olan Rumıniyada 2022-ci ilin iyul ayına qədər 516 avro minimum əməkhaqqı verilib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı isə 157 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqı orta hesabla 12,6 faiz dəyişib.
Macarıstan
Macarıstanın ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 503 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 323 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqı orta hesabla 4,5 faiz dəyişib.
Latviya
Latviyada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına qədər 500 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 287 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 5,7 faiz təşkil edib.
Serbiya
2022-ci ilin iyul ayına olan statistika əsasən, Serbiyada ümumi minimum əməkhaqqı 402 avro təşkil edir. 2012-ci ildə isə ölkədə minimum əməkhaqqı 234 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqı orta hesabla 5,6 faiz dəyişib.
Türkiyə
Türkiyə minimum əməkhaqqına görə dünyada ilk 25 ölkə arasında 23-cü yerdədir. Türkiyədə 2022-ci ilin iyul ayına qədər ümumi minimum əməkhaqqı 374 avro təşkil edib. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 412 avro olub. Bu 10 illik dövr ərzində ümumi minimum əmək haqqının orta illik dəyişməsi mənfi 1 faiz təşkil etmişdir.
Bolqarıstan
Aİ üzvü olan Bolqarıstanda 2022-ci ilin iyul ayına olan statistikaya əsasən, ümumi minimum əməkhaqqı 363 avro təşkil edir. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 148 avro olub. Bu 10 illik dövrdə ümumi minimum əməkhaqqının orta illik dəyişməsi 9,4 faiz təşkil edib.
Albaniya
Albaniya dünyanın minimum əməkhaqqı reytinqində ilk 25 ölkə arasında sonuncu yeri tutur. Albaniyada ümumi minimum əməkhaqqı 2022-ci ilin iyul ayına kimi 268 avro təşkil edib. 2012-ci ildə isə ölkədə minimum əməkhaqqı 152 avro olub. Yəni, 10 illik dövrdə ümumi minimum əməkhaqqı orta hesabla 5,8 faiz dəyişib.
Bizi sosial şəbəkələrdən izləyin!!