- Kredit kartlarından uzaq dayanın.
- Özünüzə investisya edin, unutmayın ki, pul insanı yaratmır, insanlardır pulları yaradan.
- Mümkün qədər sadə yaşayın.
- Başqalarının məsləhətlərinə əməl etməyin. Sadəcə dinləyin və düzgün bildiyiniz kimi hərəkət edin, hətta bu, sizə edilən bütün məsləhətlərin əleyhinə olsa da.
- Brednlərin arxasınca qaçmayın. Özünüzü rahat hiss etdiyiniz geyimlərə, əşyalara üstünlük verin.
- Öz həyatınızı özünüz idarə edin, bu SİZİN həyatınızdır, BAŞQALARININ deyil.
Müvəffəqiyyətin açarı –emosional stabillikdir. Varlanmaq üçün güclü İQ gərək deyil.
Özünüzə investisiya edin. Öz talantlarınızı inkişaf etdirib, zəif tərəfləriniz üzərində çalışın. Özünə investisiya heç də həmişə kollecdəki təhsil haqqını ödəmək demək deyil. Mənim iki diplomum var, amma mən, nə onları şərəf lövhəsindən asmır, nə də onları hara qoyduğumu xatırlamıram. Con Mellor belə bir təhqiqat aparıb: bir qrup tələbə həmişə universitetə dərsə gedib, digəri isə vaxtını çimərlikdə keçirib. Lakin onların nəticələri bir-birindən o qədər də güclü fərqlənməyib. Əsas odur ki, bu və ya digər tələbə öz keyfiyyətlərini inkişaf etdirmək üçün nə qədər ciddi çalışır, nəticə də məhz bundan asılı olur.
Prinsiplərinizə uyğun gələn bir iş peşə və ya iş seçin. Axı siz, ürəyinizi bulandıran bir mədəniyyətə sonradan uyğunlaşmaq məcburiyyətində qalmaq istəməzdiniz. Sizə elə bir iş tapmaq lazımdır ki, o sizdə ruh yüksəkliyi, həyat şövqü və həvəs oyatsın. Əlbəttə əgər söhbət sizin ömrünüzün ilk işindən gedirsə, təbii ki, buna nail olmaq çətin olacaq. Onu puldan ötrü etməyin. Siz gərək o adamlarla işləyəsiniz ki, onlardan fərəh duyursunuz, onlar ilə işləməkdən qürur hiss edirsiniz.