Bir çoxları “Google”, “Facebook”, “Amazon”, “Uber”, “Microsoft”, “Intel”, IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib.
Bəs görəsən onlara verilən məvaciblər hansı səviyyədədir?
“Google”da adi proqramçılar illik 353 min dollar, baş proqramçılar isə 475-650 min dollar əmək haqqı alır.
“Amazon” bulud texnologiyaları üzrə mütəxəssislərə tutduqları vəzifələrdən asılı olaraq 90-800 min dollar, “Apple” isə marketinq bölməsi əməkdaşlarına ildə 325 min dollaradək məvacib ödəyir.
“Facebook”da baş proqramçılar 360 min dollar, onlayn reklam mütəxəssisləri 330 min dollar, məlumat bazası ilə çalışanlar 130-150 min dollar illik məvacib alırlar.
“Misrosoft” əməkdaşlarına daha yüksək qazanc təklif edir. Belə ki, burada proqramçılara illik 250-350 min, baş proqramçılara isə 600 min dollaradək əmək haqqı verilir.
“Uber” də kompüter mühəndislərinin əməyini yüksək qiymətləndirir. Burada qeyd olunan işlə məşğul olan əməkdaşlar ildə 150-200 min dollar qazanır.
“Intel” və IBM kimi şirkətlər öz proqramçılarına hər il 300-350 min məcavib ödəyir.
“Snapchat” sosial şəbəkəsində isə əmək haqqları 60-500 min dollar arasında dəyişir.
oxu.az
Bizi sosial şəbəkələrdən izləyin!!