Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə İT şirkətləri iqtisadi sferada müşahidə olunan gərginlər səbəbi ilə işçilər üçün nəzərdə tutulan bəzi xidmətlərin fəaliyyətini dayandırıblar.
Banco.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb. Belə ki, “Meta” şirkətinin öz qərargahında camaşırxanadan imtina etdiyi məlum olub. Eyni zamamda “Lyft” taksi xidməti hər bir işçiyə ayda 200 dollar subsidiya ayrılması proqramını dayandırıb və pulsuz yemək üçün büdcəsini azaldıb.
“Google” həmçinin işgüzar səyahətlər istisna olmaqla işçilərin səyahətini məhdudlaşdırmağa başlayıb. İlon Maskın “Twitter”i satın almasından sonra işçilərin təlim bonusları və pulsuz nahar yeməyi ləğv edilib.
Jurnalistlər bonuslardan və müxtəlif xidmətlərin fəaliyyətindən imtina edilməsinin İT sənayesi üçün dönüş nöqtəsi olduğunu bildirir.
Bizi sosial şəbəkələrdən izləyin!!