Mənfi kredit tarixçəsini necə düzəltmək olar? | Banco.az

Mənfi kredit tarixçəsini necə düzəltmək olar?

Kredit tarixçəsi nədir?

Kredit tarixçəsi borcalanın ilk kredit götürdüyü zaman onun adına açılan dosyedir. Borcla bağlı bütün növbəti proseslər, həmçinin sonradan götürülən kreditlər öz əksini sizin kredit tarixçənizdə tapacaqdır. İlk kredit götürdüyünüz andan etibarən sizin kredit öhdəlikləriniz haqqında bütün informasiyalar Mərkəzi Bankın kredit reyestrində toplanılır. Siz növbəti kreditlər üçün müraciət etdikdə, hər bir bank sizin razılığınızı almaq şərti ilə MKR-ə sorğu göndərir.

Reyestrdə borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır. Məlumatların tərkibi borcalanın eyniləşdirmə məlumatları, kredit və kreditin təminatı haqqında məlumatlardan ibarətdir. Reyestrdə məlumatlar ayda bir dəfə hər ayın ilk 4 (dörd) iş günü ərzində yenilənir. Yeni verilmiş kreditlər isə 2 (iki) iş günü ərzində MKR-ə göndərilir.

Banklar və BOKT-lar (bank olmayan kredit təşkilatları) MKR-dən məlumatları real vaxt rejimində elektron formada, kredit götürən şəxslər isə sorğu əsasında əldə edə bilərlər. Banklar və BOKT-lər üçün hər bir sorğunun qiyməti 1 (bir) manatdır.

MKR-ə sorğular banklar və BOKT-lər tərəfindən cari borcalanları haqqında sorğu edilən şəxsin razılığı tələb olunmadan, potensial borcalanları və zaminləri haqqında isə yalnız barəsində sorğu edilən şəxsin (şəxslərin) imzaladığı yazılı razılıq (Əlavə 5) əsasında edilir.

Beləliklə əgər sizin gecikmələriniz olmuşsa və ya ödənilməmiş borcunuz varsa, Banklar bunu mütləq şəkildə öyrənəcəklər

Kredit tarixçəsi nəyə lazımdır?

Onlayn kredit müraciəti etdikdə ya hər hansı bir bankın filialına kredit üçün yaxınlaşdıqda, siz onlara sizin şəxsi kredit işinizə baxmağa icazə verirsiniz. Bütün maliyyə təşkilatları potensial borcalanı müəyyən şkalaya uyğun meyarlar əsasında qiymətləndirir.

O müştəri ideal hesab edilir ki, çoxlu sayad bağlanmış borcu olsun, heç bir halda gecikməsi və cəriməsi olmasın, nə də ki, borcları vaxtından öncə bağlamış olmasın. Bəli, borcun vaxtından öncə bağlanması əksər hallarda qiymətinizi aşağı salır. O, insanların kredit tarixçəsi pis olur ki, onlar dəfələrlə yuxarıda qeyd edilmiş nöqsanlara yol versinlər.  Hər bir bank müştərilərn kredit tarixçəni qiymətləndirməyə fərdi yanaşır, bəziləri üçün 4-5 gün gecikmə normal hesab edilir, digərləri isə səhlənkar müştərilər ilə işləməyi sevmir.

Kredit tarixçəsini necə düzəltmək olar?

Ən sərfəli kredit üçün müraciət et

Mənfi reputasiyanı düzəltməyin bir neçə üsulları vardır:

Borcverənin yanında özünə bəraət qazanmaq, öz günahsızlığını isbatlamaq. Yəni hər şeyi yazılı və səndələ sübut edən faktlar təqdim etmək. Məsələn ödəniş müddətində xəstəxanaya düşməniz haqqında arayış və ya reysin gecikməsi ilə bağlı nəqliyyat kompaniyasından aldığınız sənədlər.  

Hazırkı ödəmə qabiliyyətinizi sübut etmək. Bunun üçün istənilən üsullar işə yarayacaq: vergi bəyannaməsinin təqdimatı, mənzilə görə ödənilmiş hesablar, iş yerindən arayış və s.  

Yeni kredit götürməklə. İnandırıcı gəlməsə də, öz korlanmış kredit tarixçənizi kiçik həcmli, lakin yüksək faizli kreditlər götürməklə düzəldə bilərsiniz. Yəni əvvəlki tarixçənizi keçmişdə qoymaq üçün ondan sonra daha müsbət tarixçəniz olması gərəkdir, lakin gecikmə olmadan və vaxtında ödənişlər etmək şərti ilə. Buna nail olmağın ən yaxşı yolu isə mikro kreditlərdir. Əks təqdirdə, mənfi kredit tarixçəsi ilə iri həcmli kredit ala bilməyəcəksiniz.

Mövcud borcları yenidən maliyyələşdirmək. Hazırda bazarda yenidən maliyyələşmə məhsulu təklif edən bir neçə baklar vardır. Düzdür, həmin məhsulların şərtinə görə siz cari borclar üzrə gecikmə etmiş olmamalısınız. Amma işlərinizin qəlizləşdiyini hiss edirsinizsə, borclanamadan öncə kreditinizi yenidən maliyyələşdirin. Amma unutmayın ki, borc xətrinə borca girmək vəziyyəti daha da pisləşdirə bilər. Ona görə də bütün imkanları ayıq-sayıqlıqla qiymətləndirmək lazımdır.

Əgər heç bir gecikməniz olmadığı halda, bankda adınıza gecikmə olduğunuz deyirlərsə, ərizə ilə MKR-ə müraciət edə bilərsiniz. Əgər həqiqətən haqlı tərəf olsanız, onda adınızda olan gecikmə silinəcək.

Hər bir şəxsin onun haqqında toplanmış məlumatlardakı qeyri-dəqiq məlumatlardan şikayət etmək hüququ vardır. Borcalanlar şikayətləri yazılı formada bilavasitə Mərkəzi Banka təqdim edirlər. Şikayətçi öz şikayət ərizəsində (Əlavə 6) onun fikrincə düzgün olan kredit öhdəliyini və/və ya şikayətin digər səbəbini dəqiq göstərməlidir. Fiziki və hüquqi şəxslərin şikayətlərinə Mərkəzi Bank tərəfindən baxılır və araşdırılma tələb olunduqda şikayət məlumat təchizatçısına göndərilərək şikayətin araşdırılması tələb edilir. Şikayət əsaslı olduqda bank və ya BOKT həmin şəxsin kredit məlumatlarında dərhal müvafiq dəyişiklik aparır, şikayət əsassız olduqda isə bu barədə MKR-ə əsaslandırılmış cavab verir.

Kredit məlumatlarının alınmasına dair razılıq ərizəsi [Əlavə 5]

Mərkəzləşdirilmiş Kredit Reyestrinə şikayət ərizəsi [Əlavə 6]

Könül Soltanova/ Banco.az