Məhəmməd Əli haqda BİLİNMƏYƏN maraqlı faktlar | Banco.az

Məhəmməd Əli haqda BİLİNMƏYƏN maraqlı faktlar

Həyatda mümkünsüz heç bir şey yoxdur. Mümkünsüzü mümkün etməyin tək yolu çalışmaq və əzmdir. Bunu bacaran insanlar isə tarixi yazan qəhrəmanlardılar. Belə insanlardan biri də dünyaca məhşur Məhəmməd Əlidir. O, həm öz bacarıqları, həm də istedadı ilə milyonların ürəyinə yol tapıb. Bu yazıda Məhəmməd Əli haqda bilinməyən faktları sizlərlə bölüşəcəyik.

Məhəmməd Əlinin boksa başlamasının çox maraqlı tarixi var. Beləki, 12 yaşında velosipedi oğurlanan Əli polisə müraciət edir və həmin oğrunu tutacağını söz verir. Bundan sonra Martin adlı həmin polis ona boksu öyrətməyə başlayır və zamanla daha da özünü təkminləşdirən Məhəmməd Əli 22 yaşı olarkən tanınmış Sonny Listonu məğlub edir. Bununla da o, adını ən güclü boksçular siyahısına salmağa nail ola bilib. Onun məhşur “Kəpənək kimi uçub, arı kimi sancmaq” fikri də hal-hazırda da bir çoxları tərəfindən tətbiq olunan texnikanı ifadə edir. Maraqlı bir digər fakt ondan ibarətdir ki, Məhəmməd Əli Liston ilə yarışda 630.000 dollar qazandığı halda, onun rəqibini məğlub edərkən geyindiyi əlcəklər 50 il sonra 836.000 dollara satılmışdı.

Məhəmməd Əli 18 yaşında olarkən Romadakı olimpia oyunlarında iştirak etmiş və qızıl medal qazanmışdı. Amma ölkəsində qarşılaşdığı irqi ayrı seçkiliyə etiraz olaraq o, həmin medalı Ohio çayına atmışdı. Onun bu davranışı çoxlarının etirazına səbəb olsa da hər zaman sözünü deyən Məhəmməd Əli bu mövzuda da öz mövqeyini qoruyub saxlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bir çoxları buna bir mənalı münasibət bəsləməsə də Məhəmməd Əlinin babası əslən İrlandiyalı olub. Abe Grandy adlı bu şəxs 1860-da İrlandiyadan Kentucky-yə köçmüş və sonralar Məhəmməd Əlinin nənəsiylə evlənmişdi. Hər zaman İrlandiyanı ziyarət etmək niyyətində olan Əli bu arzusunu 2009-cu ildə reallaşdıra bilmişdi. O, bu görüşün onun həyatında xüsusi rol oynadığını vurğulayırdı.

Məhəmməd Əli bir çox sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də olduqca istedadlı biri idi. O, əsasən müxalifət, din və s. mövzularda şeirlər yazmışdır. Hətta onun fərqli tərzdə ifası da bir çoxlarının ürəyini fəth edə bilmişdi. Belə albomlardan biri də “I Am the Greatest” albomudur.

1967-ci ildə Amerika Vyetnamla müharibəyə start verəndə Məhəmməd Əli dini baxışlarına görə müharibədə iştirak etməyəcəyini bildirdi. Buna görə o, həbs cəzası, cərimə və rinqdən uzaqlaşdırma kimi cəzalar aldı. Onun malik olduğu istedad və bacarıqlara biganə qala bilməyən Amerika höküməti bir müddət sonra yenidən ona öz ünvanını qaytarmağa məcbur oldu.

Məhəmməd Əli boksdakı bacarığı ilə könülləri fəth etsə də onun bir insan kimi sevilməsi tarix yazmasına əsas verdi.

Nəcibə Yusifova, Banco.az