"McDonald's" qeyri-adi reklam kampaniyasına imza atıb | Banco.az

"McDonald's" qeyri-adi reklam kampaniyasına imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“McDonald's” yeni reklam kampaniyasına məhsul və restoranlarını daxil etməyib.

Banco.az xəbər verir ki, “Raise Your Arches” kampaniyası bir-birlərinə bir söz belə demədən “McDonald`s”a getməyə razılaşan bir qrup ofis işçisinin hekayəsindən bəhs edir. 

Reklam filminin rejissoru isə “Baby Driver”, “Last Night in Soho” və “Shaun of the Dead” kimi kassa rekordu vurmuş filmlərin müəllifi Edqar Raytdır.

Kampaniyanın sosial media vasitəsilə reklamı üçün isə insanların dostlarını “McDonald`s"a dəvət etmələri üçün xüsusi “Snapchat” və “Instagram” filtrləri hazırlanıb. 

Xatırladaq ki, növbəti 12 ay ərzində kampaniya beynəlxalq səviyyədə şirkətin fəaliyyət göstərdiyi təqribən qırxa yaxın bazarın da iştirakı ilə daha da genişləndiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram