Tamara Mustafayeva, Banco.az
Türkiyədə bu il sayca 101-cisi qeyd edilən 23 aprel "Milli Müstəqillik və Uşaq Bayramı" münasibəti ilə tanınmış markalar hər il olduğu kimi bu il də bir-birindən yaradıcı və rəngarəng reklam filmləri yayımlayıblar. Gəlin həm əyləncəli, həm də emosional reklam filmlərini birlikdə izləyək.
1. Gain
Rəqəmsal video-yayım platforması olan Gain tərəfindən hazırlanmış bu reklam filmində Sezen Aksunun "Küçüğüm" mahnısının fonunda bir uşağa atasının yazdığı məktuba qulaq asırıq.
2. LC Waikiki
Lc Waikiki isə hər il dizayn etdikləri Atatürkün şəkli həkk olunmuş məhsullara bu reklam filmində yer verib.
3. Türkiyə İş Bankı
İş Bankı tərəfindən hazırlanan reklam filmində adətən böyüklərin uşaqlara söylədikləri sözləri bu dəfə məhz uşaqların dilindən eşidirik.
4. Turkcell
Turkcell isə reklam filmində böyüklərə yer verib. Şən və gümrah nitqləri ilə böyüklər uşaqlar üçün maraqlı tövsiyələr edirlər.
5. ING
ING tərəfindən hazırlanan reklam filmi isə animasiyadan ibarətdir. Xəyallarından və necə insan olmaq istədiyindən bəhs edən səs filmin sonunda bu imkanları bəxş etdiyi üçün Atatürkə təşəkkür edir.
6. Migros
Pandemiya səbəbindən əksəriyyətin evdə olduğu bu günlərdə Migros da uşaqların evdə çəkilən qısa videolarından reklam filmi hazırlayıb.
7. Petrol Ofisi
Petrol Ofisinin xüsusi günlər üçün Sunay Akın ilə əməkdaşlığı 23 aprel kampaniyasında da davam edib. Sunay Akın tərəfindən səsləndirilən hekayə animasiya ilə canlandırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!