Mark Zukerberq haqda bilmədiyiniz MARAQLI FAKTLAR | Banco.az

Mark Zukerberq haqda bilmədiyiniz MARAQLI FAKTLAR

Dünyanın ən tanınan və varlı adamları siyahsında yer alan və bir çox qalmaqallarla diqqətləri üzərinə çəkməyi bacaran Facebook-un sahibi Mark Zukerberqin həyatı hər zaman insanları maraqlandırıb. Mark Zukerberq nə qədər diqqət mərkəzində olsa da haqqında bir çoxlarına məlum olmayan faktlar var.

Həmçinin oxu: Facebook milyonçusu Sean Parkerin dəlisov həyat hekayəsi

Banco.az Mark Zukerberqə aid hər kəsin bilmədiyi məlumatları təqdim edir.

  1. Universitet illərində bir yerdə təhsil aldığı dostu Adam D’Angelo ilə Synapse Media Player adlı tətbiq hazırlamış və qısa zamanda Microsoft un diqqətini çəkməyə nail ola bilib. Microsoftdan iş təklif alan iki dost tətbiqin patentini alaraq universitet həyatına davam etməyi üstün tutublar.
  2. Zukerberq kiçik yaşlardan proqramlaşdırma ilə məşğul olub və 12 yaşı olarkən ZuckNet adlı proqram yaradıb. Bu proqramdan istifadə edən ixtisasca həkim olan atası öz xəstələrini vaxtında qəbul edə bilirdi.
  3. NewsCorp, MySpace, Viacom, Yahoo, NBC, Microsoft və kimi şirkətlər Facebook-u almaq istəsələr də Mark bütün təklifləri geri çevirib.
  4. Mark Apple-un tanınan siması Stiv Cobsu hər zaman yüksək qiymətləndirmiş və hətta ilk vizit kartında onun məşhur sözünü “I am CEO, bitch” yazdırmışdı.
  5. Zukerberq hər zaman Eynşteyn və Pikassodan örnək aldığını bildirir. O, Eynşteynin “Hər şeyi mümkün olduğundan sadə et, amma çox sadə etmə.” və Pikassodan “Bütün uşaqlar sənətçidir. Əsas problem böyüdükdə bu bacarığı saxlamaqdır” sözlərini örnək aldığını deyir.
  6.  Zukerberqin Facebook səhifəsini 12 nəfərlik qrup idarə edir. Bu qrup Marka gələn mesajları, rəyləri qruplaşdırır, cavablandırır və fotolar çəkərək səhifəsində yerləşdirir.
  7. Hər zaman sadə paltarları ilə diqqət çəkən Mark Zukerberqin köynəyinin qiyməti 300-400 dollar olub İtalyan modelyer Brunello Cucinelli tərəfindən hazırlanır.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et