Maliyyə şirkətlərinə işə qəbul zamanı imtahana düşə biləcək 10 məntiq testi! | Banco.az

Maliyyə şirkətlərinə işə qəbul zamanı imtahana düşə biləcək 10 məntiq testi!

Maliyyə müəssisələrinə CV atarkən, bizi həmişə məntiq və riyaziyyatdan imtahan mərhələsinə dəvət edirlər. Bu da normal haldır, çünki riyazi biliklər bu peşə sahəsində çox önəmli rol oynayır. Hətta maliyyə sahəsində təhsil alanlar üçün riyaziyyat nə qədər yaxşıdırsa, iş tapmaq imkanı da o qədər yaxşıdır deyə bilərik.

Bu gün banco.az olaraq sizlər üçün maliyyə müəssisələrində imtahana düşə biləcək 10 test nümunəsini təqdim edirik. Bu testlər şirkətlərin işə qəbul imtahanı testlərinə oxşar olub, həmin səviyyədə hazırlanmışdır. Qeyd edək ki, maliyyə şirkətlərində analitik, mühasib, xəzinədar, audit, maliyyə menceri kimi işləmək istəyənlər bu testlər üzərində işləyərək öz şanslarını artıra bilərlər.

1)  “?” əvəzinə hansı ədədlə əvəz edilməlidir? (☻, ♦, ☼, ☺ simvolları 0-dan böyük, 9-dan kiçik və bir-birindən fərqli olan ədədlərdir.)

☻ × ♦ × ☼= 54

☺×☻ × ☼= 27 

(☻ + ♦ + ☼) : 2×☺ = ?

A) 7     B) 9     C) 11     D) 13  E) 5

2) Bir cüt nərd zərini ardıcıl 3 dəfə atdıqda ən çox və ən az neçə xal yığıla bilər?

A) 5 və 30    B) 5 və 55   C) 10 və 60    D) 3 və 33  E) Heç biri

3) 43, 29, 67, 47, 89,  ?

Sual əvəzinə hansı ədəd yazılmalıdır?

A) 73  B) 67  C) 23  D) 83  E) 41

4) 54 şarı bütün oğlan və qızlara elə payladılar ki, hər oğlan hər qıza nisbətən 3 şar çox aldı. Nəticədə oğlanların hamısında olan şarların sayı bütün qızlardakı şarlardan 3 dəfə çox oldu. Qızların ümumi sayının oğlanlarınkından çox olduğunu nəzərə alaraq, oğlanların sayını müəyyən edin. 

A)  24   B) 18)  C)  12   D) 16) E) 22

5)  Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.

55 (3) 7

Ən sərfəli kredit üçün müraciət et

49 (10) 3

69 (8) 7

29 (5) 6

A) 3  B) 5  C) 7  D) Heç biri  E) 9

6) 4 və 61  ədədləri arasında əlaqə 6 və 213 ədədləri arasında vardır. Buna oxşar əlaqə aşağıdakı ədədlər cütünün hansında vardır? 

A) 2 və 11   B) 6 və 40  C) 5 və 121  D) 3 və 24  E)  7 və 51

7) Əgər dünən bu gün olsa idi sabah çərşənbə olardı.  Bu gün həftənin neçənci günüdür? 

A) I gün  B) III) gün  C) IV gün D) V gün  E) VI gün

8) Atamım 27 yaşı olanda, oğlunun 3 yaşı var idi. Neçə ildən sonra atanın yaşı oğlunun yaşının 5 mislinə bərabər olar? 

A) 3   B) 4  C) 5  D) 6  E) 7

9) Aşağıdakı ardıcıllılardan hansı 5, 9, 25, 89, 345 ardıcıllığındakı qanunauyğunluğa görə düzəlmişdir?

A) 7, 21, 63, 189, 567

B) 4, 10, 28, 82, 194

C) 3, 12, 48, 240,1440

D) 3, 9, 27, 81, 243

E) 6, 38, 52, 74, 448

10) Hansı ədədin qarşısındakı ədəd aşağıdakı məntiqə heç vaxt uyğun gələ bilməz.

A) 5 - 125

B) 6 - 36

C) 7 - 2401

D) 1 - 1

E) 3 - 2183