Maliyyə qurumlarında kredit siyasətlərinə yenidən baxılacaq | Banco.az

Maliyyə qurumlarında kredit siyasətlərinə yenidən baxılacaq

"Kreditlərin geriyə ödənişlərini asanlaşdırmaq məqsədi ilə maliyyə qurumlarında kredit siyasətlərinə və strategiyalara yenidən baxılır".

 Bunu "Üfüqdə yeni imkanlar: Çətinlikləri perspektivlərə çevirək" adlı ənənəvi VIII mikromaliyyə konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, müştərilərin xarici valyutada olan kreditləri restrukturizasiya olunur, müddəti uzadılır, təkrar maliyyə vəsaiti verilir. S. Kələşov bildirib ki, müştərilərə xarici valyutada olan krediti yerli valyutada verilmiş borcla bağlamaq imkanı verilir, vəziyyətdən asılı olaraq müəyyən müddət üçün cərimələr ləğv olunur.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et