Litva müdafiə ehtiyacları üçün 500 milyon avroya qədər borc almağı planlaşdırır | Banco.az

Litva müdafiə ehtiyacları üçün 500 milyon avroya qədər borc almağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Litva hakimiyyəti hökumət kreditlərinin köməyi ilə müdafiə xərclərinin 500 milyon avroya qədər artırılmasını təmin edə bilər.

Banco.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Laurinas Kaçyunas bildirib.

“2025-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan ÜDM-in 3,03%-i və ya 2,5 milyard avro əsasdır. Büdcə gəlirləri artacaq, biz 300, 400, bəlkə də 500 milyon avro borc ala biləcəyik”, - deyə nazir qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, müdafiə büdcəsini formalaşdırarkən bunun Litva üçün prioritet olduğu və lazım gələrsə, dövlətin əlavə vəsaitlər cəlb edə biləcəyi planlaşdırılırdı.

Qeyd edilib ki, ölkə belə bir məbləği borc götürərsə, müdafiə büdcəsi ÜDM-in 3,5%-ni təşkil edə bilər.