Lionel Messinin Qətərdə qaldığı otaq muzeyə çevrilir | Banco.az

Lionel Messinin Qətərdə qaldığı otaq muzeyə çevrilir

Müəllif - Aida İsaq, Banco.az

Bildiyiniz kimi, bu il Argentina millisi Dünya Çempionatının qalibi oldu. Adı çəkilən milli komanda 29 gün ərzində Qətər Universitetinin kampusunda qaldı. Buranı onların şərəfinə mavi və ağ rəngə boyayaraq Buenos Ayres abu-havası yaradılmışdı.

Banco.az xəbər verir ki, komandanın ulduz oyunçusu və kapitanı Lionel Messi üçün kampusda qapısının üzərində onun adı yazılan B201 nömrəli otaq ayrılmışdı. Çempionatın yekunlaşmasından sonra Qətər Universiteti sevilən oyunçunun qaldığı otağı mini muzeyə çevirmək qərarına gəlib. Bu otaqda argentinalı futbolçuların eksklüziv fotoları və formalarının nümayiş etdiriləcəyi bildirilir.

Lionel Messinin Katarda kaldığı oda müzeye dönüştürülüyor

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram