LinkedIn-ə süni intellekt dəstəyi gəlir | Banco.az

LinkedIn-ə süni intellekt dəstəyi gəlir

Müəllif:Ayşən İmanova/Banco.az

“LinkedIn” istifadəçilərə iş tapmaqda, öz CV-lərini fərdiləşdirməkdə və hətta süni intellekt chatbotlarından məsləhət almaqda kömək edəcək yeni süni intellektə (AI) əsaslanan funksiyaları işə salır.

Banco.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

Məlumata görə, yeni funksiya ingilis dilində və yalnız platformanın premium abunəçiləri üçün əlçatan olacaq.

“Biz 2007-ci ildən süni intellektlə işləyirik və ondan insanları birləşdirmək, ekosistemə inamı qorumaq və saxlamaq üçün fəal şəkildə istifadə edirik. Bu, bizim ən güclü alətlərimizdən biridir”, - deyə şirkətin baş məhsul direktoru Tomer Koen bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “LinkedIn” “OpenAI”da 49% paya sahib olan və süni intellekt sahəsində özünün əhəmiyyətli inkişaflarına malik olan “Microsoft”un bir hissəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et