Ləğvetmə prosesində olan 2 bankın vəziyyəti acınacaqlıdır | Banco.az

Ləğvetmə prosesində olan 2 bankın vəziyyəti acınacaqlıdır

 Ləğvetmə prosesində olan “Texnikabank” və “Bank of Azerbaijan” ASC-lərin qorunmayan əmanətçilərinə kompensasiya ödəmək çətin olacaq.

Bu barədə keçirdiyi mətbuat konfrasında bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

O, bunu həmin bankların aktivləri ilə bağlı vəziyyətin acınacaqlı olması ilə izah edib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, A.Cavadov qeyd edib ki, bəzi bağlanmış bankların, məsələn, “Parabank”, “Dekabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin qorunmayan əmanətçilərinin pulunu 100% qaytarmaq mümkün olacaq.

Mənbə : report.az 

Ən sərfəli krediti almaq üçün müraciət et