Ləğv edilən sığorta şirkəti dövlət qurumlarını məhkəməyə verdi | Banco.az

Ləğv edilən sığorta şirkəti dövlət qurumlarını məhkəməyə verdi

Azərbaycanda lisenziyası ləğv edilmiş sığorta şirkəti “Qarant Sığorta” ASC Kənd Təsərrüfatı Nazirliyi və "Azərsığorta" Dövlət Kommersiya Şirkətini məhkəməyə verib.  

“Qarant Sığorta” cavabdeh tərəflərdən subroqasiya qaydasında pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddia üzrə növbəti məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Qarant Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.

Mənbə: Apa.az