Analitiklər yenidən kriptovalyutalar mövzusunda çıxış edərək gələcək yarım ildə dəyərlərinin artacağını açıqlayıblar
Gələcək illərdə ənənəvi biznes sahələri aktiv şəkildə kriptovalyutalara yatırım etməyə başlayacaqlar. Bu haqda açıqlama ilə Fundstart-ın analitiki Tom Li, Bloomberg-ə açıqlama verərkən bildirib. Onun sözlərinə görə, rəqəmsal pul bazarının gücləndirilməsi institusional və pərakəndə investorlar tərəfindən belə pulların mənimsənilməsinə müsbət təsir göstərəcəkdir.
Li əmindir ki, bitkoinin qiyməti 2018-ci ilin sonunadək 25 000$, növbəti ildə isə 14000$ həcmində olacaq. Fundstrat-ın digər eksperti Robert Slaymerin sözlərinə görə, rəqəmsal pul yaxın gələcəkdə aşağı enməyə başlasa, bitkoin 7000$-a qədər ucuzlaşacaq və sonra yenidən yüksələcək.
O, həmçinin kriptovalyutaların qiymətinin 7000$ da aşağı düşə biləcəyi ehtimalı olduğunu, lakin gələcək üçün yenə də yaxşı yatırım olacağını açıqlayıb.
Nəcibə Yusifova, banco.az